"Qarabağ" əvvəlki "Qarabağ" deyil.
Bunu Danimarkanın "The Copenhagen Post" qəzeti yazır.
Qəzet 1998-ci ildə "Kopenhagen"dən iki oyunda 10 qol yeyən "Qarabağ"ın gücləndiyini qeyd edir.
"Qarabağ" bir neçə gün əvvəl Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının play-off mərhələsinə yüksəlib.
Ağdam təmsilçisi Moldovanın "Şerif" klubunu üstələyib.
"The Copenhagen Post" xatırladır ki, "Qarabağ" son 4 ildə Azərbaycan çempionu titulunu qazanıb. Son illərdə qitə miqyaslı yarışmalarda uğurla çıxış edib, "Dnipro", "Anderlecht" və "PAOK" kimi komandaları məğlub edə bilib.
Buna da bax: "Qarabağ"-"Şerif" (qollar)
Buna da bax: Qurban Qurbanov "şansımız var" deyir