Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:13

Almaniyada əhalinin həssas təbəqəsinə əlavə doza peyvənd vurulacaq


 Covid-19 vaccine booster
Covid-19 vaccine booster

Alavə dozalarda, əvvəl hansı peyvənddən istifadə olunmasından aslı olmayaraq, mRNA-Pfizer / BioNTech və Moderna peyvəndlərindən istifadə olunacaq. Səhiyyə Nazirliyi həmçinin 12-17 yaş arasında olan bütün uşaqlara peyvənd vurulmasına razılıq vermək qərarına gəlib.

Almaniya bu ilin sentyabrından pensiyaçılar və immun sistemi zəif olan həssas insanlar üçün Covid-19-a qarşı əlavə doza peyvənd vurulmasını təklif edəcək.

Reütersin avqustun 2-də verdiyi məlumata görə, bunu ölkənin səhiyyə nazirliyi bəyan edib.

Alavə dozalarda, əvvəl hansı peyvənddən istifadə olunmasından aslı olmayaraq, mRNA-Pfizer / BioNTech və Moderna peyvəndlərindən istifadə olunacaq.

Almaniya- Pfizer-BioNTech və AstraZeneca peyvəndi
Almaniya- Pfizer-BioNTech və AstraZeneca peyvəndi

Nazirlik həmçinin 12-17 yaş arasında olan bütün uşaqlara peyvənd vurulmasına razılıq vermək qərarına gəlib.

Məlumatda bildirilir ki, Covid-19-un Hindistan variantı kimi tanınan Delta növünün daha sürətlə yayılması Almaniya hökumətini narahat edir.

Hakimiyyət hesab edir ki, bu iqtisadi cəhətdən Avropada ən böyük ölkə hesab olunan Almaniyada yenidən məhdudiyyətlərin bərpasına səbəb ola bilər.

16 Federal torpağı olan Almaniya peyvəndləmə prosesini daha da tezləşdirməyə çalışır.

Reütersin məlumatına görə, ölkə əhalisinin təxminən 52 faizindən çoxu tam-yəni iki doza, təxminən 62 faizi isə 1 doza peyvənd alıb.

Səhiyyə nazirliyinin məlumatına görə, 12-17 yaş arasında olan uşaqlar üçün peyvənd, əhalinin qalan təbəqəsi kimi könüllü olacaq və bu valideyinlər və həkimlərin razılığı ilə həyata keçiriləcək.

Reüters yazır ki, avqustun 2-dən başlayaraq Almaniyada 2000-dən çox yeni yoluxma halı qeydə alınmağa başlayıb.

Azərbaycanda peyvənd prossesi
Azərbaycanda peyvənd prossesi

Azərbaycanda da yoluxmaların artdığı müşahidə olunur.

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 139 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 2-də verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 344 min 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 min 267-i sağalıb, 5 min 30-u vəfat edib, aktiv xəstə sayı isə 6 min 654-ə yüksəlib.

Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG