Martın 30-u Rusiya Federasiyası Dağıstan Muxtar Respublikası ərazisində Azərbaycandan gedən 30-dan, artıq iri tonnajlı yük maşını hücuma məruz qalıb.
Bu haqda AzadlıqRadiosu-na həmin yük avtomaşınlarının sürücüləri məlumat verib.
Sürücülərdən Əzim Niftullayevin bildirdiyinə görə, yük maşınları meyvə-tərəvəz aparırmış. O, deyib ki, yük avtomaşınları onlarla naməlum şəxsin hücumuna məruz qalıb.
Buna da bax: Yük maşınlarının sürücülərı 'Platona' etiraz edirlər
Hücumun Azərbaycan-Rusiya dövlət sərhədini keçdikdən sonra baş verdiyi qeyd edilir.
Yük avtomaşınlarının sərhədi martın 28-i və 29-da keçdikləri söylənir. Naməlum şəxslərin avtomaşınlara Manas və Babayurt adlanan yaşayış məntəqələrinin arasındakı yolda hücum etdikləri açıqlanıb.
Həmin şəxslərin daşlarla, dəmir parçaları ilə maşınlara xəsarət yetirdikləri söylənir. Maşınların hamısının zədə aldığı, bəzilərinin tamamilə yararsız hala düşdüyü bildirilir.
Buna da bax: Astara gömrüyündə saxlanmış yük maşınları (Sürücünün göndərdiyi video)
Verilən məlumata görə, onlar maşınlardan birini yandırdılar. Həmin maşını magistraldan çıxarıb yuvarladıldığı söylənir. Maşındakıların da xəsarətlər aldığı bildirilir.
“Onları bir neçə saata xəstəxanaya çatdırmaq mümkün oldu”, – deyən sürücü Dağıstanda köməksiz qaldıqlarını bildirib.
Onun sözlərinə görə, üzləşdikləri hücumla bağlı tədbir görən yoxdur. Sürücülər hər an başqa bir hücum, başqa formada təzyiqdən narahatdırlar.
Adını açıqlamayan başqa bir sürücü də Dağıstana yük daşıyan 30-dan çox maşının hücuma məruz qaldığını təsdiqləyib. O, durumun qorxulu olduğunu ifadə edib.
Buna da bax: Azərbaycan-İran sərhədində uzun maşın növbəsi
“Sərhəddi keçəndən sonra bizim maşınları polis müşayiət edirdi. Buna baxmayaraq, birdən hücum baş verdi”, deyən sürücü hücum edənlərin dağıstanlı sürücülər olduğunu bildirib.
Sürücülərdən biri də hücumun başında rusiyalı sürücülərin dayandığını bildirib. O, qeyd edib ki, Rusiyada yük maşınlarına yeni sistem tətbiq olunmağa başlayıb. Sürücülər bu sistemin əleyhinədir.
“Bizim maşınlar iri şəhərlərə meyvə-tərəvəz aparır. Bu onlarına sürücülərinin xoşuna gəlmir. Bizdən tələb edirlər ki, siz də işləməyin”, deyən sürücü əlaqəli qurumlardan yardım istəyib.
Məsələyə, hələlik, Azərbaycan və Rusiya hüquq mühafizə orqanlarının münasibətini öyrənmək mümkün olmayıb.
Buna da bax:
Xatırlatma
Rusiyada yük avtomobillərı ilə bağlı yeni sistemin tətbiqinə qərar verilib. Həmin sistem Platon adlanır.
Sistemin qaydalarına edilən dəyişikliklər aprelin 25-dən etibarən daşıma tariflərinin 25 faiz artırılmasını nəzərdə tutur.
Bu dəyişikliklər Rusiyada sürücülərin sərt narazılığı ilə qarşılanıb. Rusiya sürücüləri etiraz olaraq tətilə başlayıblar.
Buna da bax: Rusiyada yük maşını sürücüləri tətil edir
Ən güclü etiraz dalğasının Dağıstanda olduğu bildirilir. Orda 40 min maşının işsiz dayandığı, bu günlərdə «Qazel» avtomobillərinin də onlara dəstək verdiyi bildirilir.