Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:56

Fransa Ermənistanla Azərbaycanı öhtəliklərini yerinə yetirməyə çağırır


Jean-Marc Ayrault
Jean-Marc Ayrault

Fransa bəyan edib ki, Qarabağ münaqişəsindəki indiki status-kvo hadisələrin pis inkişafından xilas edə bilməyəcək və bu münaqişə hərbi yolla həll oluna bilməz.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, bunu aprelin 6-da Fransanın xarici işlər nazirliyi bəyan edib.

“Bir il əvvəl Dağlıq Qarabağdakı 4 günlük döyüşlər (2-5 aprel) dayandırıldı. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerikalı və rusiyalı tərəfdaşları ilə döyüşlərin dayandırılması və Azərbaycan-Ermənistan danışıqlarının bərpası üçün bütün səylərini səfərbər elədilər.”, deyə bəyanatda bildirilir.

Bəyanatın sonunda bir daha bildirilir ki, bu münaqişənin hərbi həlli yolu yoxdur və Fransa tərəfləri atəşkəs rejiminə əməl edilməsi, etibar mexanizminin işə salınması və danışıqların bərpası ilə bağlı Vyana və Sankt-Peterbur sammitlərində üzərlərinə götürdükləri öhtəliklərə əməl etməyə çağırır.

“Fransa prezidenti bu yaxınlarda azərbaycanlı və ermənistanlı həmkarları ilə görüşdə, Parisin bütün regionda sülh və sabitlik naminə münaqişənin danışıqlar yolu ilə davamlı həllinə sadiq olduğunu göstərdi”, deyə bəyanatda bildirilir.

Xatırladaq ki, ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib.

Foto arxiv
Foto arxiv

Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırmaqdadır. Azərbaycan bu döyüşlərdə bir sıra yüksəklikləri ələ keçirib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

XS
SM
MD
LG