Danimarka Rusiyanın dövlət enerji nəhəngi Gazprom şirkətinə ziddiyyətli qaz ixracat kəmərinin onun ərazi sularından çəkilməsinə icazə verib.
Okrtyabrın 30-da elan edilmiş bu icazə Gazprom-un 1230 kilometrlik ŞimalAxını 2 kəmərinin çəkilişi qarşısındakı son rəsmi maneəni aradan qaldırmış olub.
Bu kəmər Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməlidir.
Danimarka tərəfinin qərarı ABŞ Konqresini bu kəmər hələ tikintisini başa çatdırmamış onun üzərinə sanksiyaların qoyulmasına tələsdirməlidir.
Vaşinqton Avropanın Rusiyadan enerji asılılığını artiracağına və Rusiya hərbiyyəsinin büdcəsini dolduracağına görə bu layihənin əleyhinədir.
Bundan başqa kəmər Ukrayna ərazisindən yan keçərək, Kiyevin iqtisadi maraqlarını sarsıda bilər.
Prezident Trump Almaniyaya Rusiya qazının əvəzinə ABŞ-dan maye qaz almağı tövsiyə etmişdi.
Danimarkanın Enerji Nazirliyi bildirib ki, Gazproma ölkənin ərazi sularından keçən 147 kilometrlik sektorun tikintisinə icazə verilib.
Nazirlik Rusiyanın müraciətini 2017-ci ildən bəri nəzərdən keçirirdi.
ŞimalAxını 2 ildə 55 milyard kubmetr Rusiya qazını Almaniyaya nəql edəcək və beləliklə, Almaniyanın Rusiyadan qaz idxalının həcmi iki dəfə artacaq.
Gazprom artıq 70 faizi hazır olan kəmər tikintisinin qarşıdan gələn aylarda başa çatdırılmasını planlaşdırır.
Rusiya tarixən özünün təbii qazını Ukrayna ərazisindən keçməklə nəql edib. Bu tranzit Ukraynaya ildə 2-3 milyard dollar gəlir gətirir. Bu, Ukrayna üçün olduqca böyük məbləğdir.
Lakin münasibətləri Kiyevlə pisləşən Moskva özünün Avropaya qaz ixracatı şəbəkəsinin Ukraynadan yan keçməsinə çalışır.
Birləşmiş Ştatlarda həm Nümayəndələr Palatası, həm də Senat ŞimalAxını 2 layihəsində iştirak edən şirkətlərin üzərinə sanksiyalar qoymağı planlaşdırır.
Senatın Xarici İşlər Komitəsi ötən iyulda ŞimalAxını 2 layihəsində çalışan gəmilərə sanskiya qoyulması barədə qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.
Layihənin müəllifi senator Ted Cruz deyib ki, bu sanksiyaların böyük təsiri olacaq, çünki sözü gedən dərinlikdə kəmər tikintisini həyata keçirə bilən çox az sayda şirkət var.