Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:33

Danimarka İrandakı səfirini geri çağırıb


Danimarkanın xarici işlər naziri Anders Samuelsen deyib ki, o, Danimarkanın Tehrandakı səfirini geri çağırmaq qərarına gəlib.
Danimarkanın xarici işlər naziri Anders Samuelsen deyib ki, o, Danimarkanın Tehrandakı səfirini geri çağırmaq qərarına gəlib.

Oktyabrın 31-də İran Danimarkanın bu ölkədəki səfirini etiraz bildirmək üçün Xarici İşlər Nazirliyinə dəvət edib.

Oktyabrın 30-da Kopenhagen bəyan etmişdi ki, İran Danimarka ərazisində İranın ərəb müxalifəti liderlərindən birinə sui-qəsd hazırlanmasına kömək edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Ghasemi deyib ki, oktyabrın 31-də Danimarka səfirinə “tələsik və ziddiyyətli addımlar” atılmamasına dair xəbərdarlıq verilib.

AzadlıqRadiosu xəbər verir ki, XİN-ə çağırıldıqdan az sonra səfir İranı tərk edərək Danimarkaya qayıdıb.

Danimarka bildirib ki, İranın hərəkətləri ilə bağlı narazılığını Avropa İtiffaqının nəzərinə çatdıracaq. Danimarkanın baş naziri Lars Lokke Rasmussen deyib:

"İrana bizim baş verənlərdən xəbərdar olduğumuzu və belə bir halı qəbul etməyəcəyimizi bildirməyə ehtiyac var”.

Danimarka Tehranı onun torpağında sui-qəsd hazırlamaqda ittiham edib

Danimarka Tehranı onun ərazisində İran ərəb müxalifətinin liderlərindən birinin qətlini hazırlamaqda ittiham edib və bildirib ki, bu məsələni üzvü olduğu Avropa İttifaqında qaldıracaq.

Danimarka kəşfiyyatının başçısı Finn Borch Andersen oktyabrın 30-da jurnalistlərə deyib ki, Norveç pasportu olan İran əsilli bir nəfər oktyabrın 21-də qonşu İsveçdə saxlanıb.

Bu şəxs Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının Danimarka nümayəndəliyinin liderinə hücum hazırlanmasına kömək cəhdində ittiham olunur.

Danimarkanın baş naziri Lars Loekke Rasmussen deyib ki, “İran və ya hər hansı xarici ölkənin Danimarka torpağında sui-qəsdlər hazırlaması yolverilməzdir”.

Xarici işlər naziri Anders Samuelsen müxbirlərə deyib ki, o, Danimarkanın Tehrandakı səfirini məsləhətləşmə üçün geri çağırmaq qərarına gəlib.

Şübhəlinin özü və İran rəsmiləri ittihamları rədd edirlər.

İran bundan əvvəl Danimarkanın Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının üzvlərinə bu ölkədə sığınacaq verməsinə etiraz etmişdi. Bu təşkialt əsasən ərəblərin yaşadığı Xuzistan ostanında müstəqil ərəb dövlətinin qurulması uğrunda mübarizə aparır.

İran XİN-in sözçüsü Bahram Qasemi Danimarkanın iddialarını “bu böhranlı vaxtda düşmənlərin İranın Avropa ilə münasibətlərini pozmaq cəhdləri” adlandırıb.

Hazırda Çin və bir neçə Avropa ölkəsi İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin qorunub saxlanmasına çalışır. Bu saziş özünün nüvə proqramını məhdudlaşdırması müqabilində Tehran üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur. ABŞ bu ilin may ayında bu sazişdən çıxdığını və İran üzərinə sanksiyaları bərpa etdiyini bildirib.

İranın neft mədənlərinin 80 faizi, təbii qaz ehtiyatlarınınsa 60 faizi İraqla həmsərhəd olan Xuzistan ostanındadır. Ümumilikdə İran əhalisinin 3 faizini təşkil edən ərəblər uzun müddətdir ki, sosial, siyasi və iqtisadi diskriminasiyadan narazılıq bildirirlər.

İran rəsmiləri bir qayda olaraq ölkə daxilində narazılıqların xarici qüvvələr tərəfindən qızışdırıldığını deyirlər. Tehran əvvəllər bildirib ki, Körfəz ölkələri İranın Xuzistan ostanında etnik gərginliyi qızışdırmağa çalışır.

Ötən ay bu ostanın mərkəzi şəhəri Əhvazda keçirilən hərbi parada uniforma geyinmiş silahlılar tərəfindən hücum nəticəsində 25 nəfər ölüb və onlarca başqalıarı xəsarət alıb.

Bu hücuim üçün məsuliyyəti öz üzərinə iki ayrı-ayrı qrup - Əhvaz Milli Müqaviməti və özünü İslam Dövləti adlandıran ekstremist qrup götürmüşdü.

2017-ci ilin noyabrında Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının yaradıcısı olan mühacir Hollandiyada öldürülüb.

XS
SM
MD
LG