Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:06

'Daşnaksutyun' yenə də hökumətə qarşı üsyana çağırır


Paşinyan Qarabağdan imtina etdi: 'Yerevanda etirazlar böyüyəcək'
Gözlə

No media source currently available

0:00 0:15:57 0:00

Paşinyan Qarabağdan imtina etdi: 'Yerevanda etirazlar böyüyəcək'

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan bəyanatından sonra Erməni Milli Federasiyası – Daşnaksutyun partiyası ali şurasının nümayəndəsi İşxan Saqatelyan mayın 23-də deyib ki, onun partiyası hökumətin hakimiyyətdən kənarlaşdırılması məqsədilə “yeni mübarizəyə” başlayır.

O Moskvada, Kişinyovda, Brüsseldə və Qranadada keçiriləcək görüşləri sadalayaraq deyib ki, Paşinyan Əliyevlə qarşıdan gələn görüşlərdə “Qarabağ və Ermənistanın təslim edilməsinin təkcə yol xəritəsini deyil, həm də qrafikini açıqlayıb”. O bildirib ki, sonuncu Paşinyan-Əliyev görüşü oktyabrda Qranadada olacaq:

“Erməni xalqının, Ermənistanın bütün siyasi qüvvələrinin, laqeyd olmayan vətəndaşların ölkənin təhvili prosesini dayandırmaq üçün 5-6 ay vaxtı var”.

Saqatelyan Azərbaycanla imzalanacaq istənilən sənədin etibarsız olacağını göstərmək üçün Ermənistanda və Qarabağda kütləvi aksiyalara çağırıb.

Bununla belə o aksiyaların konkret tarixləri barədə heç nə deməyib:

“Bu hakimiyyət başqa seçim qoymur: ya təslim olmaq, ya da vətən uğrunda mübarizə aparmaq lazımdır. Mən zorakı hərəkətlərə çağırmıram, amma qiyam – xalqı əsir etmiş hökumətə qarşı xalqın itaətsizliyi və müqəddəs hüququdur”.

Yerevanın sülh qərarı: Araik Arutyunyan Paşinyana qarşı çıxdı
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

İqtidar deputatı bu dəfə daha sərt tədbirlər olacağını deyir

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, ötən il parlament müxalifətinin təşkil etdiyi “Müqavimət” hərəkatı günlərlə davam edən küçə aksiyalarından sonra Paşinyanın istefasına nail ola bilməyib.

Lakin iqtidaryönlü deputat Artur Ovannisyan Saqatelyanın bəyanatını şərh edərkən deyib ki, müxalifət artıq bütün resurslarını tükəndirib:

“Heç kəs heç kəsin iradəsinin sərbəst ifadəsinə maneçilik törətməyəcək. Sadəcə bizim bu dairələrə rica və çağırışımız budur ki, onlar öz hərəkətləri ilə birdən Ermənistan Respublikasının maraqlarına və Dağlıq Qarabağ ermənilərinin maraqlarına ziyan vurmasınlar. Çünki belə olarsa, bu dəfə bizim bu hərəkətlərə qarşı tədbirlərimiz qanun çərçivəsində, amma daha sərt olacaq”.

“Müqaviləni imzalamaq üçün hər şeyi etməliyik”

Azatutyunun yazdığına görə Ovannisyan Azərbaycan prezidentini “hərbi cani” adlandırıb, onun “etimad doğurmadığını” deyib, amma eyni zamanda vurğulayıb ki, uzunmüddətli sülh naminə Ermənistan-Azərbaycan müqaviləsinin imzalanması üçün mümkün olan hər şeyi etmək lazımdır.

Deputat deyib:

“Bu situasiyada Artsax (Qarabağ-red) xalqının hüquq və təhlükəsizliyini reallaşdırmaq üçün imkan daha çox, Ermənistanın beynəlxalq aləmdə tanımış suveren əraziləri üçün və indiki halda Dağlıq Qarabağ xalqı ətrafında risk daha azdır”.

Qarabağın öz müqəddəratını təyinetmə hüququna dair təkrar suala cavab verən iqtidar deputatı deyib ki, indi vəziyyət dəyişib:

“Mən istərdim ki, biz yenidən mümkün hərəkət imkanlarımızı müəyyənləşdirək. Hazırki situasiyada bizim hərəkətimiz belə olmalıdır: Ermənistan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış 29 min 800 kvadrat kilometrlik ərazisinin dövlət sərhədlərini, habelə Dağlıq Qarabağda yaşayan erməni xalqının hüquq və təhlükəsizliyini təmin edək”.

Azatutyun yazır ki, hökumət xalqdan gizli şəkildə heç bir sənəd imzalamayacağını bəyan edib.

Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır:Yerevan Bakıya yeni təkliflərini göndərdi
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Xatırlatma

Mayın 25-də Moskvada Rusiya Federasiyasının vasitəçiliyi ilə yüksək səviyyədə Putin-Əliyev-Paşinyan görüşünün keçirilməsi gözlənilir.

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şoltsun, Avropa Şurasının rəhbəri Şarl Mişelin, habelə Azərbaycan və Ermənistan liderlərinin iştirakilə beştərəfli görüşün iyunun 1-də Avropa siyasi icmasının ikinci sammitinin çərçivəsində Kişinyovda keçirilməsi planlaşdırılıb.

Bu formatda Brüsseldə də görüş olacağı gözlənilir.

Mişel daha bir beştərəfli görüşün oktyabrda İspaniyada keçiriləcəyini deyib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG