Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:45

Delta Telecom 'saytlara hücumların təşkili' bizlik deyil deyir...


Delta-telecom.net saytından screenshot. 14april2017
Delta-telecom.net saytından screenshot. 14april2017

“Saytların bağlanması və ya onlara texniki hücumların təşkilinin “Delta Telecom”a hec bir aidiyyatı yoxdur”. “Delta Telecom”un AzadlıqRadiosu-na göndərdiyi cavabda belə deyilir.

Aprelin 14-də Azad Avropa/ AzadlıqRadiosu korporasiyası bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Azərbaycandakı iri internet provayderlərindən biri ölkə üçün əsas müstəqil informasiya mənbəyi olan AzadlıqRadiosu Azərbaycan xidmətinin saytına girişi bağlayır.

"Saytın “Delta Telecom” provayder şirkəti tərəfindən bağlanmasına martın 27-dən başlanıb. "Freedom House" təşkilatının məlumatına görə, “Delta Telecom” Azərbaycan hökumətindən lisenziya almış və beynəlxalq internet trafikinə qoşulan 2 provayderdən biridir", – bəyanatda bildirilir.

Buna da bax: 'Nazirliyin 'get filan saytları blokla' demək hüququ yoxdur'

“BİZƏ HEÇ BİR AİDİYYATI YOXDUR”

Azad Avropa və AzadlıqRadiosu korporasiyasının prezidenti Tomas Kent bu addımı pisləyir, bunu hakimiyyətdən sui-istifadə edərək AzadlıqRadiosu-nun Azərbaycanda yerli auditoriyaya müstəqil informasiya çatdırmasına mane olmaq cəhdi kimi qiymətləndirir.

Azadliq.org mobil telefonda da blok olunur. 29mart2017
Azadliq.org mobil telefonda da blok olunur. 29mart2017

Yada salaq ki, aprelin 10-da VirtualRoad internet azadlığı təşkilatı da Azərbaycan hökumətinin “dissident səslərə qarşı texniki hücumlarını yaxından izlədiyini və yeni hücumların da Delta Telecom-dan gəldiyinin aşkarlandığını” bildirmişdi. Söhbət 10 gündən çoxdur ki, AzadlıqRadiosu, “Azadlıq” qəzeti və MeydanTV-nin saytlarına ölkə daxilində girişin əngəllənməsindən gedir.

Buna da bax:​ Azadlıq Radiosunun prezidenti saytın bloklanmasını pislədi

Delta Telecom isə bu iddiaları rədd edir. AzadlıqRadiosunun sorğusuna cavab olaraq qurumdan belə bir cavab göndərilib:

“Delta Telecom olaraq bildiririk ki, biz yalnız texniki fəaliyyət ilə məşğul olur, siyasi baxımdan kimin hansı tərəfdə olduğu ilə maraqlanmırıq. Saytların bağlanması və ya onlara texniki hücumların təşkilinin Delta Telecoma hec bir aidiyyatı yoxdur. Bu məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət etməyiniz daha məqsədəuyğun olardı”.

NAZİRLİK AÇIQLAMA VERMƏLİDİR

AzadlıqRadiosu VirtualRoad-ın yazdıqları ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də sorğu göndərib. Nazirliyin mətbuat xidmətindən sualların növbəti günlərdə cavablandırılacağı deyilib.

Buna da bax: 'Azadlıqradiosu-nun saytı açar sözlərlə bloklanır'

Ələsgər Məmmədli: "Bu senzuradır"

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Xaricdən saytlara girə bilməsəydik, bunu texniki problem kimi izah etmək olardı, amma indiki durumda bu, qəsdən edilən məhdudiyyətdir”. Media eksperti Ələsgər Məmmədli belə deyir. Ekspert hesab edir ki, hər üç saytın rəhbərliyi indiyə kimi məhkəməyə müraciət etməliydilər. O sözügedən saytlara qanunsuz şəkildə blok tətbiq olunduğunu bildirir.

Ekspert saytların bloklanmasına verilən göstərişə və bu göstərişin icrasına görə tərəflərin məsuliyyət daşıdığını bildirir: “Çünki bu senzuradır. Senzuranın qoyulması Konstitusiyanın və KİV haqda qanunun pozulmasıdır. Bununla Azərbaycanda ifadə azadlığına, vətəndaşların informasiyaya çıxışına məhdudiyyət qoyulur”.

Ələsgər Məmmədli: "Sübutlar toplanıb məhkəməyə təqdim edilməsə, durum dəyişməyəcək"
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00
Direct-ə keçid

Ələsgər Məmmədli deyir ki, saytların bloklanması ilə bağlı hüquq yoluna baş vurulmasa, sübutlar toplanıb məhkəməyə təqdim edilməsə, durum dəyişməyəcək.

Buna da bax:​ azadliq.org saytına giriş çətinləşib

Azadlıq Radiosunun saytı blok olunub. 29 mart, 2017
Azadlıq Radiosunun saytı blok olunub. 29 mart, 2017

XATIRLATMA

VirtualRoad yazır ki, Azərbaycan hökuməti ölkədə rəsmi təbliğatdan kənar saytları sıxışdırmaq yolunda daha bir addım atıb, de fakto internet xidməti provayderi infrastrukturunda “veb trafiki fəal şəkildə əngəlləyən” “xüsusi proqram əlavəsi” (qurğusu) aşkarlayıb. Bu qurğu “deep packet inspection” adlı şəbəkəni filtrləmə texnologiyası vasitəsilə 3 əsas xəbər saytının – Meydan TV, Azadlıq qəzeti və AzadlıqRadiosu-nun saytlarını bloklamaqda istifadə olunur.

Deep packet inspection-dan hökumətlər tərəfindən internet trafikə nəzarət, bəzən də senzura aləti kimi istifadə olunduğu deyilir.

XS
SM
MD
LG