Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:08

Dəm qazından zəhərlənmələrlə bağlı 'Azəriqaz'ın öz versiyası var [video]


Dəm qazı niyə bu qədər can alır: Siz bu qazdan necə qorunursuz?
Gözlə

No media source currently available

0:00 0:15:14 0:00

Dəm qazı niyə bu qədər can alır: Siz bu qazdan necə qorunursuz? [A-Live]

Bu il 70-ə yaxın adam dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Elə dünən – noyabrın 26-da bu qazla daha bir zəhərlənmə Salyanda baş verib.

APA-nın xəbərinə görə 37 yaşlı Günay Cəbrayılova hamamda dəm qazından zəhərlənib. O xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Bakıdakı Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirir ki, mövsüm başlayandan – yəni, son 1 ay yarımda 11 nəfər zəhərlənib. Ümumilikdə 2017-ci ildə dəm qazından zəhərlənmə ilə bağlı 471 müraciət daxil olub. Bu müraciətlərdən 67-si zəhərlənmə kimi qiymətləndirilib.

Azər Maqsudov deyir ki, zəhərlənmələrin əksəriyyəti ev şəraitində baş verib:

Toksikoloq Azər Maqsudov
Toksikoloq Azər Maqsudov

“Bəziləri evdə olub, bəziləri hamam otağında. Əsas səbəb qapalı şəraitdə qaz cihazlarının istifadə olunmasıdır”.

Buna da bax:​ "Hamamdaydım, gözümü açanda özümü xəstəxanada gördüm"

Uzun illər neft çıxarma sahələrində mühəndis işləyən Mirvari Qəhrəmanlı dəm qazından zəhərlənmənin yalnız təhlükəsizlik qaydalarına əməl etməməklə əsaslandırılmasına razılaşmır. Onun fikrincə, qaza nəzarət edilmir. Əvvəllər vətəndaşların mənzillərinə gedib təhlükəsizlik qaydaları yoxlanırdı. Amma son illər bu cür tədbirlər görülmür:

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

“Mütəxəssislər dəm qazından zəhərlənməni əsas 3 səbəblə izah edirlər. Birincisi standartlara uyğun olmayan avadanlıqlardan istifadə, ikinci qaza həddindən çox havanın vurulması, üçüncüsü xəbərdarlıq edilmədən qazın kəsilməsi ilə. Yəni, istədikləri vaxtı “Azəriqaz” öncədən xəbərdarlıq etmədən qazı kəsir və ya həcmini azaldır. Bu da dəm qazından zəhərlənməyə gətirən səbəblərdən biridir”.

Mirvari Qəhrəmanlı bundan başqa qazın tərkibinin də kifayət qədər təmizlənmədiyini vurğulayır. Fikirlərini də onunla əsaslandırır ki, bəzən əhaliyə satılan qazı yandıran zaman onun rəngindən də qazın keyfiyyətsiz olduğunu görmək olur.

Buna da bax: Dəm qazından zəhərləndi

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bu ittihamları qəbul etmir. Deyir ki, əhaliyə satılan qazın tərkibi dövlət standartlarına uyğun tənzimlənir, müəyyən səbəblərdən qaz kəsilirsə, bununla bağlı öncədən rəsmi məlumat yayılır.

İbrahim Kərbalayev
İbrahim Kərbalayev

Dəm qazından zəhərlənmələrin səbəbi barədə İbrahim Kərbalayevin öz versiyası var:

“Araşdırmalar onu göstərir ki, dəm qazından zəhərlənmə halları daha çox vanna otağında baş verir. Bunun da səbəbi təhlükəsizlik qaydalarına əməl olunmamasıdır. Qazın tərkibinə gəldikdə isə əhaliyə satılan qazın tərkibi dövlət standartlarına uyğun tənzimlənir və qazın tərkibi təmizdir”.

Buna da bax:​ 'Əhaliyə verilən qaz keyfiyyətsizdir'

Amma Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsinin sakini Rövşən Salmanov AzadlıqRadiosu-nun mobil reportyor rubrikasına göndərdiyi videoda deyir ki, havalar soyuyandan bəri qaz azalıb, çox vaxt ümumiyyətlə evdə qaz olmur. O da evini qızdırmaq üçün elektrikli qızdırıcıdan, təhlükəli olduğunu bilsə də “İran sobası” deyilən sobadan istifadə etməyə məcbur qalıb:

“Evi nə elektrik sobası ilə qızdıra bilirəm, nə də pulunu çatdırmaq olur. Evdə körpə uşaq var, soyuqdan donmamaq üçün "İran sobaları"ndan istifadə edirik”.

Buna da bax: Tüstü bacasını kimə təmizlətdirmək olar?

Bakı sakinlərinin isə dəm qazından zəhərlənmə səbəbləri ilə bağlı fərqli fikirləri var. Kimi bunun vətəndaşın biganəliyi, kimi də dövlət qurumlarının öz öhdəliklərini icra etməməsi ilə əsaslandırır:

Dəm qazı niyə bu qədər can alır: məmur, yoxsa vətəndaş biganəliyi?
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Fövqəladə Hallar nazirliyi də dəm qazı təhlükəsizliyi ilə maarifləndirici çarx hazırlayıb. Çarxda vətəndaşlara təhlükəsizlik qaydaları izah olunur.

Dəm qazına aid infoqrafika
Dəm qazına aid infoqrafika

Buna da bax:​ Dəm qazından bir nəfərin öldüyü, iki nəfərin zəhərləndiyi deyilir

Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli qərarına əsasən qaz avadanlıqlarına nəzarət Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvarı Qəhrəmanlı isə deyir ki, bu nazirliyinin əməkdaşları 1-2 ay yoxlamalar aparsa da sonradan bunu dayandırıblar. Gün ərzində yoxlamalarla bağlı Fövqəladə Hallar Nazirliyinə zəng etsək də mətbuata danışacaq rəsmini tapıb, suallarımızı verə bilmədik.

Buna da bax: Hacıqabulda 35 yaşlı kişi dəm qazından zəhərlənib

Mirvari Qəhrəmanlı bildirir ki, nə qədər ki, qazın tərkibinə, evlərdə istifadə olunan qaz avadanlıqlarına dövlət səviyyəsində nəzarət olmayacaq, hər il dəm qazı insanların həyatına son qoymaqda davam edəcək.

XS
SM
MD
LG