Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:13

Bakı küçələrində "pulkəsənlər"- [Video, Foto]


►Dəmirçi Vüsalın kəsdiyi pulların alıcısı yoxdur

– Bunun biri neçəyədir?

– 5 manatdan başlayır, 15 manata qədər.

– Bu puldur?

– Hə də, pulu pula satırıq.

Yarızarafatla qurtaran bu söhbəti onun üstünə “Qəpik Evi” yazılmış kiçik köşkün qarşısında gündə neçə dəfə eşitmək olur.

Dəmirçi Vüsal Yusifov bu peşəni bir az müasirləşdirib xatirə qəpikləri hazırlamaq qərarına gəlib. Bu köşkü açıb.

“Bunlar qəliblərdir, məsələn, bir tərəfini Qız Qalası seçirəm, o biri tərəfini bir başqa şey. Birini yuxarı qoyuruq, birini aşağı. Hansı formada material istəyiriksə, üstündən vururuq. Pul hazırdır”.

Alüminium, mis, bürünc qəpiklərin alıcısı yoxdur

Bakının, Azərbaycanın tarixi yerləri, ya da tanınmış şəxslərin əksi olan qəpikləri Vüsal bir külünglə hazırlayır. Materialları alüminium, mis və bürüncdəndir. Elə qiyməti də materiala görə dəyişir. Vüsal bu işə Rusiyada başlayıb. Deyir, orada gəliri pis olmayıb. Sonra işini Bakıya keçirib. Ancaq burada çoxuna maraqlı gəlsə də, alan yoxdur:

“Gəlir çox aşağıdır. Yenə istirahət günləri bəlkə bir - iki sifariş olur. Bu adi günlərdə isə heç nə. Çox vaxt heç bir gəlir olmur. Həm də vergi, icarə haqları çoxdur. Fikirləşirdim ki, Rusiyadakı kimi yaxşı olar, ancaq, deyəsən, camaat ya maraqlanmır, ya da pula pul vermək istəmirlər. Ona görə gələn ay çıxıb gedəcəyəm”.

Bakı küçələrində "pulkəsənlər"
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

“Beş manat verməyə əlim gəlməz”

Alıcılar isə maraqlansalar da, çoxu baxıb keçir. Bircə Gülarə Vəliyeva deyir ki, təklif olunan məhsul cəlbedici, ancaq bahadır:

“Ən ucuzu beş manatdır. Xatirə üçün yaxşı bir şeydir. Yəqin daha çox turistlər alar. Ancaq, düzü, mənim beş manat verməyə əlim gəlməz”.

Bir neçə saat boş dayanandan sonra dəmirçi Vüsal, axır ki, qəpiklərdən birini hazırlayır. Sifariş verən ukraynalı turist Aleksandr Boyko deyir ki, bu günlər Azərbaycan manatı üçün ağır keçdiyini bildiyindən ustaya dəstək olmaq istəyib:

“Özü də 15 manatlıq qəpikdən sifariş verdim. Necə deyərlər, qəpiyi manata aldım”.

___________________________________________________________

Bunlara da bax:
Maliyyə Nazirliyi 15 milyon borc aldı
Keçmiş hərbçi İsa Sadıxov ordunun sonacan gedəcəyinə inanmır

___________________________________________________________

XS
SM
MD
LG