Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Deputat: 'Böhran Avropada da, okeanın o tayında da var'


«Tezliklə açılırıq» elanları əvəzinə...
«Tezliklə açılırıq» elanları əvəzinə...

Milli Məclisin deputatı Jalə Əliyeva suallara cavab verir.

– Jalə xanım, təmsil olunduğunuz Milli Məclisdə büdcə müzakirələrinin nəticələri sizi razı saldımı?

– Hər halda razı saldığı üçün səs verdik. Siz konkret nəyi nəzərdə tutursunuz?

– Aztəminatlı ailələrə, yaşayış minimumuna ayrılan vəsaitlə bağlı rəsmi yanaşmaları müstəqil iqtisadçılar bölüşmür, narazılıqlarını ifadə etdilər...

Buna da bax: 'Niyə bizi ixtisar edirlər, öz qohum-əqrabalarına dəymirlər?' - Aksiya

– Müstəqil iqtisadçıların nə dediyini bilmirdım və iqtisadçı da deyiləm. Amma dünyada çox böyük böhran yaşandığını, problemlərin həddən artıq olduğunu və Azərbaycanın hərbi şəraitdə yaşadığını nəzərə almaq lazımdır. Tənqid etmək, ağa qara demək həmişə çox asandır. Amma işin içində olanda görürsən ki, inkişafı saxlamaq və nailiyyətlər əldə etmək çox çətindir. Belə olan halda Azərbaycan hakimiyyəti də vəziyyəti yaxşılaşdırmaq, daha irəliyə addım atmaq üçün əlindən gələni edir. Söhbət konkret statistikadan gedirsə, mən də büdcə layihəsindəki rəqəmlərə istinad edib danışıram. Bütün böhranlı vəziyyətə paralel olaraq hər il büdcədə nəzərəçarpacaq dərəcədə artımlar olur, bütün sahələr üzrə. Bəli, hər birimiz bu artımların daha çox olmasını arzu edirik. Seçicimizin daha yaxşı təmin olunması üçün büdcədən daha çox artımların olması barədə təkliflər veririk. Əlbəttə, təkliflərin optimal olanı nəzərə alınır. Amma hamısının nəzərə alına bilməyəcəyini də anlayırıq. Çünki büdcəni hazırlayanlar həqiqətən hansı sahənin vacib olduğunu ətrafdan baxanlardan daha yaxşı bilirlər.

Buna da bax: 'Minimum əməkhaqqının 68 dollar olduğu milyarder məmurlar ölkəsi...'

Jalə Əliyeva
Jalə Əliyeva

– Siz dünyada böhran olduğunu dediniz. Amma böhranın neft ölkələrində yaşandığını və bunun gəlirlərdən səmərəli istifadə edilməməsindən irəli gəldiyini deyənlərdən də var...

– Yenə də deyirəm, bunlar sizin baxışınızdan ola bilər. Amma ümumilikdə bu gün böhran sadəcə neft ölkələrində deyil. Şərqə, ərəb ölkələrinə baxmayaq, böhran Avropada da, okeanın o tayında da var. Əlbəttə, bizdən kənarda baş verənlər də ürək ağrısıdır, böyük sərvətə və inkişafa sahib olan ölkələrin bu gün hansı vəziyyətdə olduğunu yaxşı görürük. Böyük bir qaçqın ordusunun mürtəce orduyla hər gün qarşı-qarşıya olduğu görünür. Bunları Azərbaycanın vəziyyəti ilə müqayisə edəndə nikbin olmağa dəyər, bu, gəlişi gözəl sözlər deyil. Hazırda mən sizinlə danışa-danışa Bakının çox ucqar yerindən keçirəm, inkişaf, göydələnlər, yollar, körpülər, məktəblər, mənzərə göz önündədir, bu tərəfində görmək lazımdır.

Buna da bax: Hüquq müdafiəçisi: 'Çox istərdim deyəm ki, durum yaxşılaşır... Deyə bilmirəm'

– Bəzi iqtisadçılar rəsm statistikaya istinadən deyirlər ki, son 3 ildə minimum əməkhaqqı 10, orta əməkhaqqı 18 faiz artıb, amma ərzaq inflyasiyası 50 faizə çatıb. Bu rəqəmlərin özü dediyiniz inkişafın qarşısında necə görünür?

– Bununla bağlı da çox müzakirələr olur. Siz 10-18 faiz artımdan danışırsınız. Kənardan bir nəfərə aid ediləndə həmin məbləğ cüzi görünə bilər, amma ümumi məbləğə nəzər yetirmək lazımdır.

İnflyasiya ilə maaşların, pensiyaların uyğunlaşmamasına gəlincə, biz bazar iqtisadiyyatında yaşayan ölkəyik, liberallaşmış siyasət aparılır və müəyyən dövlət siyasəti var, nəzarət olunur. İnflyasiya ilə maaşlar, pensiyalar arasındakı fərqdən danışırsınız. Qiymətlərin imkan daxilində ölçülü olması, nəzarətdən çıxmaması üçün dövlət siyasət həyat keçirir.


Buna da bax: Vahid Əhmədov: 'MDB-də ən böyük kredit faizləri Azərbaycandadır'

– Dövlətin nəzarətdə saxladığını dediniz, amma problemli kreditlər artır, iqtisadiyyata yönəlik kreditlər isə azalır. Bəs bu faktlar hansı yaxşı vəziyyətin göstəricisidir?

– Sizə elə gəlir ki, özlüyünüzdə haqlısınız, mən də özlüyümdə haqlıyam. Mən suallara cavab verərkən Azərbaycandakı vəziyyəti müsbət yönlərdən dəyərləndirməyə çalışıram, siz də sualınızda deyirsiniz ki, belə olan halda hansı yaxşı durumdan, inkişafdan danışmaq olar. Sizin fikrinizə hörmətlə yanaşıram, arzu edirəm ki, siz də mənim fikrimə hörmətlə yanaşasınız. Ən azından reallıqlardan çıxış edərək danışardıq, bu mənim fikrimdir. Subyektiv və obyektiv qarşılana bilər.

Buna da bax: 'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'

– İllərdir insanların gözlədiyi, amma qonşu respublikalarda gerçəkləşən tibbi sığorta haqda qanun nə vaxt qəbul olunacaq?

– Çox maraqlı sualdır, artıq bununla bağlı ötən il pilot layihələr başlanılıb. Mingəçevir və Gəncədə tətbiq edilir, əgər büdcə müzakirələrini diqqətlə izləmisinizsə, bu barədə maliyyə nazir də çıxış edib suallara cavab verdi. Biz də bu barədə məsələləri qaldırdıq, cavab verildi ki, tibbi sığorta artıq həllini tapacaq, qısa müddətdə bütün Azərbaycanda tətbiq olunacaq. Bu hər birimizin arzusudur. Təbii ki, dövlət də vətəndaşının sığortalanmasını və problemsiz həyat yaşamasını istəyir. Yaxın gələcəkdə həlli vacib olan tibbi sığortanın gerçəkləyəcəyinə inanırıq...

Buna da bax: 'Vəziyyət düşündüyümüzdən də ağırmış'

Gələn il Azərbaycanda iqtisadi vəziyyətin necə olacağını gözləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

XS
SM
MD
LG