Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:01

İdmanı əvəz edən həblər yaradılıb


İllüstrasiya
İllüstrasiya

Əlbəttə təmiz havada parkda qaçmağın, ya da dostlarla birlikdə futbol oynmağın yerini heç nə verməz.

Amma idmanla məşğul olmağa tənbəllik edən, buna vaxtı olmayan, ya da sağlamlığı idmanla məşğul olmağa imkan verməyən insanlar da var.

Bir qrup alimin hazırladığı həb məhz onlar üçündü.

Bu həb idmansız da idmanın orqanizmə müsbət təsirlərinə bənzər effekt doğura bilir.

ABŞ-ın Kaliforniaya ştatındakı Bioloji Araşdırmalar üzrə Salk İnstitutundan Ronald Mark Evans deyir ki, onlar sözügedən həb üzərində işi 10 ildi aparırlar və siçanlar üzərində sınaqlar müsbət nəticə verib.

Həbin təsiri nəticəsində orqanizm enerji üçün ilk olaraq karbohidratı yox, piyi parçalamağa başlayır.

Halbuki normalda siz, məsələn, qaçmağa başlayanda, yaxud başqa intensiv idman hərəkətləri edəndə orqanizm ilk olaraq qlükozanı işlətməyə başlayır, yalnız müəyyən müddətdən sonra piyə keçir.

Buna da bax: İnsan yumurtasını laboratoriyada yetişdiriblər

Britaniyanın Southampton Universitetində də oxşar həb üzərində iş gedir.

Hər iki halda həb orqanizmi "aldadır".

Çünki normalda orqanizm o halda piyi parçalamağa başlayır ki, beyinə qlükozanın tükənməsi barədə siqnal gedir.

Həb isə orqanizmdə maddələr mübadiləsini tənzimləməyə kömək edən ATIC adlanan enzimin fəaliyyətinə təsir göstərir, daha dəqiqi onun fəaliyyətini bloklayır, bu isə zəncirvari reaksiya doğurur və hüceyrələrin mərkəzi enerji sensoru qlükozanın tükənməsi "nəticəsinə gəlir".

Nəticədə metabolizm sürətlənir.

Britaniyalı alimlər deyirlər ki, siçanlardan sonra həbi insan üzərində də sınaqdan keçiriblər və nəticə müsbət olub.

Alimlər ümid edirlər ki, bu həbdən dünya əhalisi üçün ciddi problemlərdən birinə çevrilmiş piylənmə ilə mübarizədə də uğurla istifadə etmək mümkün olacaq.

Amma hələ ki bu həblərin hansı kənar effektlərinin ola biləcəyi barədə məlumat verilmir.

Buna da bax: Yapon alimləri qripi bir günə sağaldan dərman hazırladıqlarını deyirlər

XS
SM
MD
LG