Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Azərbaycanda dərman istehsalı tələbatı 1 faiz ödəyir


'Dərman mafiyasının başında kimlər durursa…'
Gözlə

No media source currently available

0:00 0:08:07 0:00

'Dərman mafiyasının başında kimlər durursa…'

Nazir dərman çatışmazlığı ilə bağlı deyilənlərə cavab verib

"Heç bir dərman vasitələri ilə bağlı çatışmazlıq yoxdur".

Bunu APA-nın məlumatına görə, noyabrın 3-də Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bəzi dərmanların bazada azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur: "Bilirsiniz ki, istehlakçılar dərmanlarda bəzi baza maddələrdən istifadə edirlər. Həmin maddələri istehsal edən iri şirkətlərin istehsalat xətlərində problemlər yaranıb. Bu problem təkcə Azərbaycanda deyil, Avropa ölkələrində də müşahidə olunub. Son bir həftə ərzində bu məsələ aradan qaldırılıb. Həmin dərmanlar da ölkəyə gətirilib və qısa zamanda pərakəndə satışa veriləcək".

"Azərbaycan özünü əksər dərmanlarla təmin edə biləcək"

T.Musayev jurnalistlərə açıqlamasında həmçinin deyib ki, yerli dərman istehsalı ilə bağlı bir neçə iri layihələr həyata keçirilməkdədir. Bildirib ki, bu istiqamətdə Ələt və Pirallahı azad iqtisadi zonalarında işlər aparılır: "İnanıram ki, çox qısa müddətdə Azərbaycan özünü əksər dərman vasitələri ilə təmin edə biləcək".

"Artıq özüm birtəhər sağalmışam"

Günlərdir apteklərdə bəzi növ dərmanların tapılmaması və buna görə problemlərin yaşanması ilə bağlı şikayətlər səslənir.

Bakıda yaşayan Sona Əhmədova (ad şərtidir) AzadlıqRadiosuna bildirib ki, bir həftədir hərarətsalıcı və qripə qarşı konkret adda bir dərmanı axtarıb tapa bilmir: "Həmin dərmanı tapmadım. Artıq özüm birtəhər sağalmışam".

Oktyabrın 17-də Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030" sənədinə uyğun əmr imzalayıb. Həmin əmrdə 2022-2023-cü ilin payız-qış mövsümü ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı mübarizənin gücləndirilməsindən bəhs edilir. Sənəddə digər tapşırıqlarla yanaşı, dərman preparatları ehtiyatının yaradılması kimi məsələ də yer alır.

Ukraynada müharibə HİV xəstələrinin həyatını daha da çətinləşdirib
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

İstehsal tələbatın cəmi 1.2 faizi…

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 5.3 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur. Amma bu da Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlarının ticarət dövriyyəsinin cəmi 1.2 faizini təşkil edib.

Vurğulanır ki, bu ilin beş ayında Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatların pərakəndə ticarət dövriyyəsi 445.3 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24.4 faiz çoxdur.

"Dərman preparatları ilə apteklərin təminatı…"

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən "Turan"a bildirilib ki, hərarətsalıcı dərman vasitələri ilə bağlı son müraciət sentyabrın axırı-oktyabrın əvvəlinə təsadüf edir: "47 min 84 qutu dərman vasitəsi idxala icazə almışdır".

Qurumdan qeyd olunub ki, dərman preparatları ilə apteklərin təminatı Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid deyil və özəl şirkətlər tərəfindən həyata keçirilir.

A.Əliyev
A.Əliyev

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri həkim-radioloq Aydın Əliyev isə AzadlıqRadiosuna deyib ki, apteklərdə bəzi dərmanların qıtlığının bir neçə səbəbi var: "Onların ən önəmlilərdən biri daxili istehsalın təqribən 0 səviyyəsində olmasıdır. Demək olar ki, əksər dərmanlar bizdə idxaldır. Yəni, baxmayaraq ki, bizim buna maddi və kadr baxımından bütün resurslarımız var, təəssüflər olsun ki, daxili istehsal çox aşağıdır".

"Monopoliyanın təsiri ola bilər"

Onun fikrincə, dərmanların istehsalının bu səviyyədə olmasına həm də monopoliyanın təsiri ola bilər: "Çünki müxtəlif şəxslər dərmanları idxal edirlər və bundan yaxşı pul qazanırlar. Onlara daxili istehsal sərf etmir".

Ekspertin sözlərinə görə, statistika aparılmalıdır ki, il ərzində ölkənin əhalisi hansı dərmandan nə qədər istifadə edir: "Bunun əsasında keyfiyyət nəzərə alınmaqla idxala dövlət nəzarəti olmalıdır və dərmanlar xüsusi anbarda saxlanmalıdır. Hər hansı aptekdə dərman çatışmazlığı olarsa, həmin anbardan dərman dövriyyəyə buraxılmalıdır. Bu, həm qiyməti tənzimləyər, həm də dərman çatışmazlığının qarşısını alar".

Həkim qeyd edib ki, bəzi möhtəkirlər qiyməti artırmaq üçün bəzən dərman qıtlığını yaradırlar.

Mövzu ilə bağlı ölkəyə dərman idxal edən aparıcı şirkətlərlə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG