Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:38

Büdcəni doldurmağa bu da bəs eləmədi


İllüstrasiya
İllüstrasiya

►Devalvasiya da bəs eləmədi

Maliyyə Nazirliyi ilin birinci rübünün dövlət büdcəsinə dair məlumatlarını açıqlayıb.

Bəlli olur ki, ard-arda 2 dəfə dəyərsizləşən manat da büdcəyə kömək edə bilməyib.

Gəlir və xərclərdə artıqlıq (profisit) yaransa da, ötən illərin göstəricilərindən gerilik diqqət çəkir. Məsələn, devalvasiya olmayan 2014-cü ilin ilk rübündə büdcənin gəliri 4 milyard 482 milyon 500 min manat, bu ilin ilk 3 ayında isə 3 milyard 678 milyon 100 min manat olub. Devalvasiyanın burda birbaşa təsirinə gəlincə, əvvəl, büdcəyə ödənilən hər dollar 78 qəpik edirdisə, indi 1 manat 55 qəpikdir. Hətta belə bir durumda da büdcə kiçilib.

Açıqlamada digər diqqətçəkən məqam Vergilər Nazirliyinin xətti ilə daxil olan vəsaitin 78,5 faizinin qeyri-neft sektorunun payına düşməsidir. Nazirliyin məlumatına görə, büdcə xərcləri 2 milyard 623 milyon 500 min manat olub. Nəticədə 1 milyard 54 milyon 600 min manatlıq profisit yaranıb.

“Neftdənkənar sektor... kiçilibsə”

Nazirliyin məlumatından aydın olur ki, əslində profisit xərclərə qənaətdən yaranıb. Birinci rübdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3 faiz və yaxud 2 milyard 623,5 milyon manat icra olunub.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

İqtisadiyyat eksperti Zöhrab İsmayıl deyir ki, profisit devalvasiyadan qaynaqlanıb:

“Aydın məsələdir ki, büdcə kiçilib. Bu, neftin qiyməti ilə bağlı gəlirlırin kəskin azalması və iqtisasi böhranın nəticəsidir. Nazirlik rəqəmlərlə manipulyasiya etməyə çalışır. Neftdənkənar sektor ötən ilin eyni dövrü ilə müqayisədə kiçilibsə, onun rolu necə arta bilər? Yanvarda qeyri-neft sektorunda 3.7% azalma olub”.

“Büdcə gəlirlərində azalmanın əsas səbəbi…”

Ekspert Rəşad Həsənov bildirir ki, ilin birinci rübündə büdcənin icrası bir çox parametrləri ilə 2015-ci ilin müvafiq dövründən geri qalır:

“Birinci rübdə büdcənin gəlirləri əvvəlki illə müqayisədə 260 milyon manat, xərcləri isə təxminən 2 milyard 600 milyon manat az olub. Büdcə gəlirlərində fərqin əsas səbəbi ötən illə müqayisədə bu il Dövlət Neft Fondundan (DNF) daxilolmaların 282 milyon manat az olmasıdır”.

___________________________________________________________

Bunlara da bax:
Cavid Hüseynov: “Elşəni mən göndərmişdimsə...”- [Video]
"Cəbhədəki əsgərlərə dəstək" aksiyası

___________________________________________________________

Ekspert bu il vergi daxilolmalarının da əvvəlki ilə nisbətən 3.3% azaldığını xatırladır:

“Buna səbəb büdcə xərcləmələrinin azalması və iqtisadi passivlikdir. Amma söhbət devalvasiyadan gedirsə, bu zaman daha çox məzənnə asılılığı olan gömrük gəlirləri diqqəti çəkir. Bu sahədə nisbi artım müşahidə olunsa da, idxalın azalması ümumi göstəricilərə mənfi təsir göstərib”.

Devalvasiyanın hansı müsbət rolu olub?

R. Həsənov devalvasiyanın büdcə göstəricilərinə təsirini gözlənilən sayır:

“Devalvasiya iqtisadi dövriyyənin, gəlirlərin artımını şərtləndirəcək deyildi. Əksinə, devalvasiya manat kütləsini və əhalinin gəlirlərini azaldır, daxili tələbatı aşağı salaraq, yerli istehlaka hədəflənən iqtisadiyyatı durğunluğa yuvarladır. Bu isə özlüyündə gəlirlərə mənfi təsir göstərir. Ancaq onu qeyd etmək lazımdır ki, DNF-dən valyuta sərfiyyatının və neft sektorundan vergi daxilolmalarının azalma tempinin zəiflədilməsində devalvasiya mühüm rol oynayır”.

XS
SM
MD
LG