Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:31

Ekspert 'ya ehtiyatlar əriyəcək, ya yeni devalvasiya olacaq' deyir


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycanda bankların dollara tələbatı sürətlə artır. Dövlət Neft Fondunun (DNF) ən son hərracında – avqustun 18-də bankların dollara tələbi təklif edilən vəsaitdən 12,1 dəfə çox olub (603,6 milyon dollar).

Dollar satışına məhdudiyyət əhali arasında qara bazar istifadəçilərinin sayını artırıb. Alıcılar rəsmi mübadilə hədlərindən yuxarı məzənnəylə də dollar alırlar. Hazırda xarici valyutanın alışı rəsmi məzənnədən maksimum 4 faiz aşağı, satışsa maksimum 4 faiz yuxarı müəyyənləşdirilib.

Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində dollara tələbatın artması səbəblərinə diqqət çəkir:

- Bir səbəb - manat həcminin artmasıdır. Əvvəllər də demişdim ki, Mərkəzi Bank (MB), əvvəl-axır, banklara manat kreditləri verməyə məcbur qalacaq. Axı pulsuz iqtisadiyyat qansız bədəndir. Aparıcı ölkələrdən fərqli olaraq, Azərbaycanda MB-ın ayırdığı manat kreditlərinin haraya yönəldilməsinə nəzarət yoxdur. Odur ki, həmin manat kütləsinin xeyli hissəsi dərhal valyuta bazarına axır. MB-nin tədricən apardığı devalvasiya da buna rəvac verir. Bu səbəbdən, əlində bir az manatı olan da, onu dəyişməyə can atır. Bu tərəfdən bağlanan banklardakı əmanətlər də manatla qaytarılır və əmanətini geri alan dərhal qaçır dollara dəyişməyə. Bir sözlə, dollara tələbat artıb.

- Bu durumda kəskin devalvasiya çıxış yoludur?

- MB ya yenə ehtiyatlarının əriməsiylə barışmalı, ya da kəskin devalvasiyaya getməlidir. Amma hələlik, baş bank heç birini etmir, sadəcə, banklara bir az dollar satıraq, tələblərini tam təmin etmir. Bu üzdən, banklar da dollar satışına məhdudiyyət qoyur. Amma bu çox davam edə bilməz, əks halda qara bazar güclənəcək.

*** Bunlara da baxın:

- Sizcə, ABŞ Mərkəzi Bankının – Federal Ehtiyat Sisteminin (FES-in) faiz artırma ehtimalı da təsir göstərir?

- FES də, təbii, faizi qaldıracaq bu il və bununla manata əlavə zərbə də vuracaq. Amma öz problemlərimiz o qədərdir ki, FES-in təsiri həlledici deyil. Yəni FES dolların məzənnəsinə hər yerdə təsir göstərir bir neçə faiz, amma... Amma bizdə hər dəfə, azı, 30-50 faizlik devalvasiyadan söhbət gedir.

XS
SM
MD
LG