Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:17

Nemət Əliyev: ‘Ölkədə iqtisadi durum ağırlaşıb’


İqtisadçı Nemət Əliyev
İqtisadçı Nemət Əliyev

“2017-ci ilin 9 aylıq göstəriciləri ilə bağlı açıqlanan rəqəmlər inandırıcı deyil. Çünki bu ilin başlanğıcından ölkədə iqtisadi durumun pisləşməsi davam edib”.

İqtisadçı Nemət Əliyev bunu oktyabrın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi rəqəmlərlə bağlı bildirir.

Buna da bax:​ Prezident: 'Azərbaycanda iqtisadi inkişaf bir çox ölkələrə nümunə ola bilər'

N.Əliyev deyir ki, bu ilin ilk 3-4 ayında ümumi daxili məhsulda (ÜDM) cüzi artım olub, 5-ci aydan başlayaraq ÜDM azalmağa başlayıb. Onun bildirməsinə görə, bu tendensiya indi də davam edir.

N.Əliyevə görə, xarici ticarət dövriyyəsində də vəziyyət yaxşı deyil:

“Bu ilin 7-ci, 8-ci aylarından xarici ticarət dövriyyəsi də azalıb. İyulda bu azalma 7 faiz olub. Avqustda isə 9 faizi keçib. Ən narahatlıq doğuranı isə budur ki, xarici ticarətdə xalis xarici valyuta gəliri 30 faiz azalıb”.

İqtisadçı hesab edir ki, qeyri -neft sektorunun inkişafı ilə bağlı səslənən rəqəmlər də inandırıcı deyil. İqtisadçının fikrincə, bundan ötrü yerli iş adamları və yaxud xarici iş adamları ölkəyə sərmayə qoymalıdır:

Buna da bax: İqtisadçı: “Monopoliya ləgv edilməli, kadr islahatları aparılmalıdır”

“Amma aydındır ki, yerli iş adamları zəmanət olmadığı üçün sərmayəni xarici ölkələrə yatırır. Xarici iş adamları isə ölkə bazarını tərk edirlər”.

N.Əliyev vurğulayır ki, ölkədə pambıqçılığın inkişafı adı altında heyvandarlığa ziyan vurulub.

İqtisadçi deyir ki, əhalinin həyat səviyyəsi də pisləşməkdə davam edir:

“Bütün rəsmi rəqəmlərdə deyilir ki, inflyasiya ortalama 14 faizdir. Əhalinin gəlirlərinin artımi isə 6-7 faizdən çox deyil. Hələ, rəsmi rəqəmlər qazancın 7 faiz aşağı düşdüyünü təsdiqləyir”.

Dövlət başçısı isə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasındakı çıxışında deyib ki, Azərbaycanda iqtisadi inkişaf bir çox ölkələrə nümunə ola bilər.

O vurğulayıb ki, ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2.5 faiz artıb. Prezidentin bildirməsinə görə, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3.1 faiz, kənd təsərrüfatında 2.8 faiz təşkil edib. Xarici ticarət dövriyyəsi 7 faiz artıb.

Prezident, həmçinin, bildirib ki, bu ilin 9 ayında ölkədə 226 min yeni iş yeri açılıb.

XS
SM
MD
LG