Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

ABŞ hesabatı: Azərbaycanda dini fəalların həbsləri davam edir


Dövlət katibi Rex Tillerson
Dövlət katibi Rex Tillerson

Birləşmiş Ştatlar bəyan edib ki, İslam Dövləti (İD) ekstremist qruplaşması çoxsaylı dinlərin və etnik icmaların nümayəndələrini zorlama, adam oğurluğu, qula çevirmə və ölümlə hədəfləyərək hələ də din azadlığına zərbə endirməkdə davam edir.

Donald Trump prezident olandan bəri, avqustun 15-də açıqlanan ilk Beynəlxalq Din Azadlığı hesabatında deyilir ki, İD kimi qeyri-dövlət qrupları dini azadlıqlara təkcə Yaxın Şərq, Asiya və Subsaxara Afrikasında deyil, həm də Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan şərqi Ukraynada təhlükə yaradır.

Hesabatı təqdim edən ABŞ dövlət katibi Rex Tillerson deyib ki, İD yezidilərə, xristianlara və şiələrə qarşı “soyqırımı üçün aşkar məsuliyyət” daşıyır. O həmçinin İD-i insanlığa qarşı cinayətlərdə və etnik təmizləmədə ittiham edib.

Dövlət katibi deyib ki, bütün dünyada əhalinin 80 faizi dini azadlıqların məhdudlaşdırılması və hətta əzilməsi ilə üzləşir.

AzadlıqRadiosu bildirir ki, 199 ölkəni əhatə edən hesabatın tonu2016-cı ilin hesabatından az fərqlənir.

Azərbaycanda

Hesabatın Azərbaycana aid bölümündə qeyd olunur ki, hökumət dini fəalların saxlanmasını və həbslərini davam etdirir. Bu da əlavə olunur ki, yerli insan haqları fəalları bu şəxsləri vicdan məhbusu hesab edirlər.

Hesabatda deyilir ki, təxmini hesablamalara görə saxlanan dini fəlların sayı 2015-ci ildə 46 nəfər idisə, ötən ilin sonlarında bu rəqəm 86-ya çatıb.

Bu da vurğulanır ki, hökumətin qeyri-ənənəvi hesab etdiyi dinlərin nümayəndələri – Yəhvanın şahidləri, baptistlər və bəzi İslam təşkilatlarının qeydiyyatı prosesi onların fəaliyyətini məhdudlaşdırır.

Məscidlərin bağlanması və qeydiyyatsız icmaların ibadətləri dayandırılır.

Media və hökumətin verdiyi məlumatlara görə sələfilər və baptistlər də daxil dini azlıqların nümayəndələri ölkənin müxtəlif yerlərində həbslərə məruz qalır.

Hesabatda deyilir ki, Türkiyədə iyul çevirilişinə cəhdin ardınca Azərbaycan polisi reydlər keçirib və ilahiyyatçı Fethullah Gülenin davamçıları olduqları iddia edilən şəxslər dini nifrəti və təfriqəni qızışdırmaqda ittiham olunaraq həbs edilib.

XS
SM
MD
LG