Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:15

Söyüdlüyə əlavə polislərin gətirildiyi deyilir


'Nə sovet hökuməti, nə də Heydər Əliyev izn vermişdi' - Söyüdlüdəki zəhər gölü ilə bağlı önəmli detallar açılır
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

'Nə sovet hökuməti, nə də Heydər Əliyev izn vermişdi' - Söyüdlüdəki zəhər gölü ilə bağlı önəmli detallar açılır

İyunun 27-də Söyüdlü kəndinə əlavə dörd avtobus xüsusi təyinatlı polis əməkdaşlarının gətirildiyi bildirilir.

Yerli sakinlərin "Turan"a dediklərinə görə, onlar bildiriblər ki, istənilən yeni etiraz aksiyasının qarşısı qəti şəkildə alınacaq.

Sakinlər əlavə edib ki, iyunun 27-də Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması üçün yaradılan dövlət komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu kəndə gəlib, ancaq onlara konkret təzə heç nə deməyib: "Bir dənə onu dedi ki, qızıl yatağından, tullantıların atıldığı torpaqdan, havadan və süni göldəki sudan götürülmüş analiz nümunələrinin nəticələri yaxında məlum olacaq".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və sözügedən komissiyadan münasibət almaq mümkün olmayıb.

İşçi qrup Söyüdlüdən narahatdır

İyunun 27-də Bakıda Söyüdlü İşçi Qrupunun təşkil etdiyi ictimai dinləmələr keçirilib.

İşçi qrupunun həmtəsisçisi Afiyəddin Məmmədov bildirib ki, onlar Söyüdlü camaatına hüquqi dəstək vermək fikrindədirlər: "Digər tərəfdən, ictimaiyyət bilməlidir ki, məsələ bitməyib, Söyüdlü hələ də blokadadır, sakinlərə hədə-qorxu gəlinir və nəticədə onlar ünsiyyətdən çəkinirlər. Onlara hüquqi yardım göstərmək lazımdır".

Müzakirə iştirakçıları bildirib ki, kənd blokadada olduğu üçün ora getmək və vəziyyətin monitorinqini aparmaq mümkün deyil.

Üstəlik, vurğulanıb ki, orada əvvəlcə inzibati qaydada həbs olunanlardan da başqa saxlananların olduğu bildirilir, lakin sayı dəqiqləşdirmək mümkün deyil. "Həmçinin, onlara hüquqi yardım göstərmək çətinləşib, çünki kənddə yaşamayanlar üçün giriş bağlıdır və hətta kənd sakinləri üçün çıxış da, demək olar ki, məhdudlaşıb. Onlar nə apellyasiya şikayəti verə bilir, nə də hüquqi yardım ala".

Hələlik, bu fikirlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Söyüdlü İşçi Qrupu iyunun 21-də yaradılıb. Qrupda bir neçə hüquqşünas və vəkil yer alır.

Rza Vəziri Söyüdlüdə pozuntuya yol verilmədiyini deyir

Britaniyanın Azərbaycanda qızıl hasil edən "Anglo Asian Mining plc" şirkətinin rəhbəri Rza Vəziri iyunun 26-da şirkətin Gədəbəy rayonundakı fəaliyyəti ilə bağlı tənqidlərə cavab olaraq AzadlıqRadiosuna deyib: "Biz öz mədənçilik fəaliyyətimizi ən yüksək beynəlxalq standartlar əsasında aparırıq. Mən bundan artıq heç nə deyə bilmərəm. Monitorinq keçirmək istəyən varsa, gələ bilərlər. Ekologiya Nazirliyinin nümayəndələri orda olublar, yoxlayıblar və bildiriblər ki, heç bir pozuntuya yol verilməyib".

Kənd sakinlərinin müayinəsinə başlanıb

Söyüdlü kənd sakinlərinin sağlamlığının öyrənilməsi ilə bağlı səhiyyə orqanları tərəfindən tibbi müayinələr təşkil edilib. AZƏRTAC-ın məlumatına görə, bu məqsədlə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 16-nəfərlik tibbi heyəti kənddə olub.

Vurğulanır ki, gün ərzində müayinədən keçirilən 30 nəfərədək sakində xüsusi patologiyalar aşkar edilməyib.

Xatırlatma

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinləri deyir ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar var. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib.

Daxili İşlər Nazirliyi isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb. İyunun 22-dən kəndin girişinə polis postu qoyulub.

Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradıldığı açıqlanıb.

XS
SM
MD
LG