Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:54

Dövlət rüsumları artır


Manat və dollar
Manat və dollar

Milli Məclis bu gün, iyunun 29-da “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edib.

APA-nın məlumatana görə, dəyişikliklər bir sıra sahələr və xidmətlər üzrə dövlət rüsumunun artırılmasını nəzərdə tutur.

Məlumata görə, dəyişikliklər qanunun 10-cu və 18-ci maddələrinə edilib. Həmin maddələr daşınmaz əmlakın özgəninkiləşdirilməsi və nəqliyyat vasitələrinə xidmət göstərilməsi ilə bağlı dövlət rüsumlarını müəyyən edir.

“Dövlət rüsumu haqqında” qanunun 10.1-ci maddəsinə edilmiş dəyişiklik əmlakın başqa şəxslərin mülkiyyətinə keçməsinə görə, rüsumun məbləğinin artırılmasını nəzərdə tutur. İndiyə qədər nəzərdə tutulan rüsum 200 manatdan 250 manata qaldırılır.

Dövlət rüsumu Bakı şəhəri üzrə 100 faiz, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faiz, digər regionlar üzrə isə 50 faiz məbləğində ödənilir.

Müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, o cümlədən yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsindən ötrü dövlət rüsumu 20 manat səviyyəsində saxlanılır.

Maşın nömrələri “ ceyran belində”

Qanunun 18.65-ci maddəsinə edilmiş dəyişikliklər avtomobil nömrələrinə görə, rüsumun ödənilməsi ilə bağlıdır.

Bundan sonra 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda, 2000 manat rüsum tutulacaq. İndiyədək rüsumun məbləği 1500 manat idi.

Seriyası eyni hərflərdən ibarət olan nömrələri görə isə 3 min manat rüsum tutulacaq. Bu məbləğ indiyədək 2500 manat idi.

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500 manat (indiyədək min manat) dövlət rüsumu tətbiq ediləcək. Seriyası eyni hərflərdən ibarət olduqda isə rüsum 2 min manat təşkil edəcək.

Seriyası müxtəlif hərflərdən ibarət, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrin rüsumu 1000 (indiyədək 500), seriyası eyni hərflərdən ibarət olanlarınkı isə 1500 manat təşkil edəcək.

XS
SM
MD
LG