Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:59

DST ‘vaksinlərin qarışdırılması’ və ‘üçüncü doza’ ilə bağlı xəbərdarlıq edir


Dünya Səhiyyə Təşkilatı (DST) iyulun 12-də müxtəlif istehsalçıların COVID-19 vaksinlərinin qarışdırılması ilə bağlı xəbərdarlıq edib və bildirib ki, vaksinlərin təsiri barədə elmi informasiyanın natamamlığına görə iki dozanın fərqli vaksinlərlə vurulması “təhlükəli meyldir”.

Reuters agentliyinin verdiyi xəbərə görə DST-nin baş elmi eksperti Sumya Svaminatan bildirib ki, müxtəlif vaksinlərin insan orqanizminə təsiri barədə informasiyalar hələki tam toplanmayıb və təhlil edilməyib.

Ekspertin sözlərinə görə ayrı-ayrı ölkələrdə hansı vaksindən əvvəl, hansından isə sonra istifadə edilməsi barədə qərarların çıxarılması xaos yarada bilər.

Bu arada DST-nin rəhbəri koronavirusun Delta ştammının dünyanı “lərzəyə gətirdyi” bir vaxtda artıq iki doza ilə vaksinlənmiş adamlara üçüncü – gücləndirici dozanın vurulmasına tələsməməyə çağırıb.

DST-nin baş katibi Tedros Adanom Qebreyesus iyulun 12-də deyib ki, hələ də ön cəbhədə olan həkimlərin vaksinlənmədiyi ölkələr var.

Tedrosun bu xəbərdarlığı bir sıra varlı ölkələrdə virusun vaksinlərə müqavimətinin artmasından narahatlığın yaşandığı vaxta təsadüf edib.

Bu ölkərdə virusun mutasiyalarının qarşısının alınması üçün artıq iki doza vaksin almış şəxslərə üçüncü dozanın vurulması məsələsi götür-qoy edilir.

Üçüncü doza gələ bilər
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Ölkələrin vaksin təchizatında “nəhəng uçurum”

Tedros deyib ki, COVID-19-a qarşı vaksinlərin təchizatında ölkələr arasında nəhəng uçurum yaranıb:

"Bəzi ölkələr ön cəbhədə olan səhiyyə işçilərinin və xəstəliyə qarşı kövrək olanların peyvəndlənməsi üçün vaksin almadığı bir vaxtda, bəzi digər ölkələr milyonlarla doza gücləndirici sifariş edirlər”.

O əlavə gücləndirici doza təklif edən ABŞ şirkətləri - Pfizer və Modernanın adlarını çəkib.

Bu şirkətlər bildirirlər ki, yeni yaranmaqda olan virus ştamlarına qarşı müqavimətin gücləndirilməsi üçün üçüncü dozaya ehtiyac ola bilər.

Baş katib deyib ki, şirkətlər üçüncü doza barədə düşünməkdənsə, beynəlxalq vaksin ittifaqı olan COVAX proqramı üçün dozalar təklif etməlidirlər:

"Delta variantı dünyada meydan sulayır və bu, COVID-19-a yoluxma, habelə ölüm sayınım kəskin artmasına səbəb olub”.

“Keçmişə hiddət və xəcalətlə baxacağıq”

Tedros deyib ki, ilk dəfə Hindistanda aşkar edilmiş Delta ştammı artıq 104 ölkədə yayılıb.

Bu həftə ABŞ-ın baş koronavirus eksperti Entoni Fauçi deyib ki, “buster” və ya gücləndirici dozadan istifadə üçün hələ çox tezdir.

DST-nin fövqəladə vəziyyətlər proqramının başçısı Mayk Rayan iyulun 12-də deyib:

“Biz hazırkı vəziyyətdə yüz milyonlarla insanın qorumasız qalmasını pisləyirik”.

O deyib ki, vaksinlənmiş insanların əksəriyyəti Delta variantına yoluxmanı çox yüngül keçirir.

Ekspert bildirib ki, kövrək insanların öldüyü bir vaxtda ölkələr gücləndirici dozanın vurulmasına başlasalar, “biz keçmişə hiddət və xəcalətlə baxacağıq”.

XS
SM
MD
LG