Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:38

Əbdül Əbilov: 'Səhhətimdə problemlər var'- [Video]


Əbdül Əbilov
Əbdül Əbilov

«Bu əfv sərəncamını natamam hesab edirəm. Çünki xeyli siyasi məhbuslar var ki, onlar, hələ də həbsdədirlər».

Bunu martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxan bloqqer Əbdül Əbilov jurnalistlərə açıqlamasında bildirib.

Ə.Əbilov İlqar Məmmədovun, İlkin Rüstəmzadənin, Fuad Qəhrəmanlının və digər siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılmamasından məyusluğunu dilə gətirib: «Onlar hələ də həbsdədirlər. Təəssüflər olsun ki, onlar buraxılmadı. Güman edirəm ki, onların da tezliklə azadlığa çıxmasını görəcəyik».

Əbdül Əbilov azadlıqda...
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Buna da bax-Əfvə reaksiyalar: 'Zakir Nəsirov peşəkar, öz işini bilən biriydi...'

Ə.Əbilov tam 1211 gün günahsız yerə həbsdə saxlandığını bildirib. O, həbsxanada daim əfv gözləntilərinin olduğunu deyib.

«Həmişə belə bir ümidim var idi. Səhhətimdə problemlər vardı. Həmin problemləri ictimailəşdirmədən gözləyirdim», - deyən Ə.Əbilov onurğa sümüyündə ağrıların olduğunu bildirib. O, cəzaçəkmə müəssisəsində tibbi xidmətin ürəkaçan olmadığını ifadə edib: «Bilirik ki, azadlıqdakı insanlar belə müayinə, müalicədən ötrü xarici ölkələrə gedirlər... İlk növbədə sağlamlığımdakı problemlərlə məşğul olub yüksək səviyyədə müalicə olunmağı planlaşdırıram».

​Əbdül Əbilov 2013-cü ilin noyabrında həbs olunmuşdu. O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunurdu. O bu ittihamı qəbul etmirdi.

2014-cü il mayın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə gənc bloqqer Ə.Əbilova 5 il yarım iş verilmişdi.

Ə.Əbilov Facebook-da «Yaltaqlara dur deyək!» səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.

XATIRLATMA

Martın 16-da prezident İlham Əliyev «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Sərəncam imzalayıb. Bu gündən sərəncamın icrasına başlanılıb.

Sərəncam ümumilikdə 423 nəfər məhbusa şamil edilib. Onlardan 412-si cəzasının çəkilməmiş hissəsindən azad edilib. Qalanlarının isə ya həbs müddəti azaldılıb, ya da şərti məhkumluğu götürülüb.

Əfv olunanlar arasında hüquq-müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahılarında yer alan bir neçə şəxsin adı da var. Bunlar AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullazadə, bloqqer Əbdül Əbilov və «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin iki qohumudur.

Meydan TV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyov isə şərti azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Elvin Abdullayev azadlıqda...
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00

XS
SM
MD
LG