Çox uzun müddətdir ki, Formula 1 yarışlarına rəhbərlik edən Bernie Ecclestone vəzifəsindən kənarlaşdırılıb.
Buna səbəb Formula 1-in ABŞ-ın nəhəng Liberty Media şirkəti tərəfindən 8 milyard dollara satın alınması olub.
Formula 1 yarışlarına 40 ildən çoxdur ki, başçılıq edən 86 yaşlı Ecclestone təşkilatın fəxri sədri elan edilib və F1 şurasının müşaviri kimi fəaliyyət göstərəcək.
Onun vəzifəsini indiyədək Formula Bir Qrupunun direktorlarından olan Chase Carey icra edəcək. Cənab Carey həm də 21st Century Fox media konqlomeratının başçısıdır.
Cənab Ecclestone bundan əvvəl verdiyi bəyanatda vəzifəsindən “zorla kənarlaşdırıldığını” demişdi.
O Almaniyanın “Auto Motor und Sport” məcmuəsinə deyib: “Məni bu gün işdən çıxarıblar. Bu rəsmi məlumatdır. Mən daha bu şirkətə rəhbərlik etmirəm. Mənim vəzifəmi Chase Carey-ə veriblər”.
BBC Sport verilişinin suallarına cavab verən Ecclestone onun yeni “fəxri sədr” vəzifəsinin funksiyasının nə olduğunu bilmədiyini deyib.
Liberty Formula 1-in satın alınması prosesinə hələ ötən sentyabrdan başlamışdı.
Bundan sonra Liberty Media qrupu Formula Bir Qrupu adlanacaq.