Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:59

Eçmiadzin keçmiş prezidentlərin daha bir görüşünü hazırlayır


İndi Ermənistanın keçmiş prezidentləri arasında ikinci görüşün keçirilməsinə hazırlıq işləri görülür

Hazırda Ermənistanın keçmiş prezidentləri arasında ikinci görüşün keçirilməsinə hazırlıq işləri görülür.

Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti – Azatutuyuna Eçmiadzin kilsəsinin nümayəndəsi Yesayi Artenyan verib.

Xəbər verilir ki, birinci görüş zamanı ararlarındakı fikir ayrılığına baxmayaraq keçmiş prezidentlər bütün ermənilərin katolikodsu II Qareginin təşəbbüsünə tərəfdar olduqlarını bildiriblər.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hakimiyyəti və müxalifəti ölkə üçün bu taleyüklü məqamda birgə qərar qəbul etməyə çağırıb.

Fikir ayrılığı olsa da

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan hazırkı hakimiyyət ətrafında birləşmək təşəbbüsündən imtinasını birbaşa bəyan etmir.

Bununla belə o hazırkı hakimiyyətin istefasını zəruri hesab edir.

Lakin o yaranmış vəziyyətdən çıxış yolunun tapılması üçün baş nazir Nikol Paşinyanla müzakirələrin əleyhinə deyil:

“Zati alilələrinin (II Qaregin) bu formatda görüş təşəbbüsü də qərarların axtarışına, müzakirələr vasitəsilə müəyyən qərarlara gəlinməsinə yönəılib. Ter-Petrosyanın təklifi məsələn mənim üçün qətiyyən məqbul deyil. Amma biz bundan sonra deməmişik ki, “daha bura gələn deyilik və bütün bunlar bizim üçün qəbuledilməzdir”. Biz qapını müzakirələr üçün açıq qoymuşuq”.

Ermənistanın ötən görüşdə iştirak etmiş üçüncü prezidenti Serj Sarkisyan da öz təkliflərini konkretləşdirmir.

Amma onun ofisi sentyabrın 28-də verdiyi bəyanatda bildirir ki, Sarkisyan da ali patriarxın vasitəçiliyi ilə danışıqların aparılmasına tərəfdardır.

Koçaryan Petrosyanın Azərbaycanla sülhə getmək təklifini rədd etdi
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

Xatırlatma

Sentyabrın 12-13-də sərhəd toqquşmalarında Azərbaycan 80-ə yaxın, Ermənistan 200-dən çox hərbçisinin öldürüldüyünü bildirib. Sentyabrın 14-də Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olunub.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Ancaq tərəflər arasında sülh sazişi imzalanmayıb.

Avqustun 31-də iki ölkə liderinin Brüssel görüşündə xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırığı verildiyi açıqlanıb.

XS
SM
MD
LG