Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:37

Sahibkarlara seçim haqqı verildi...


Fazil Məmmədov
Fazil Məmmədov

►Vergi formasını özün seç! Ya əlavə dəyər vergisi, ya da sadələşdirilmiş vergi

Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, bundan sonra sahibkar vergi formasını özləri də seçə biləcəklər. Söhbət hansı haldan gedir?

Nazir Fazil Məmmədov deyib ki, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Yəni, satış dövriyyəsi 200 000 manatdan artıq olduğu halda belə, məhz bu iki sahədə çalışan vergi ödəyiciləri əvvəlki kimi sadələşdirilmiş verginin ödəyicisi ola biləcəklər.

Yalnız bu halda, yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin satış dövriyyəsi 200 000 manatdan artıq olduğu halda, əldə edilən ümumi pul hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək.

Buna da bax: Bakıda icarə haqları kəskin düşür

Satış dövriyyəsi 200 000 manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər. Ticarət dövriyyəsi 200 000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyə də bilərlər. Vergi Məcəlləsi onlara bu seçim hüququnu verir.

Lakin bu halda həmin şəxslər ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və hüquqi şəxslər isə həm də əmlak vergilərini dövlət büdcəsinə ödəməli olacaqlar.

Nazir bu dəyişikliklərin ticarət və ictimai iaşə sektorunda vergi yükünün artırılması ilə nəticələnəcəyi haqda fikirlərlə razılaşmır. Onun fikrincə, dəyişiklik vergi inzibatçılığını sadələşdirməklə yanaşı, vergi yükünün əhəmiyyətli şəkildə azaldılması, eyni zamanda ticarət dövriyyəsinin şəffaflaşması və vergitutma bazasının genişlənməsi ilə nəticələnəcək.

XS
SM
MD
LG