Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:31

Əfqan pilotlar talibandan necə qurtulub və indi haradadılar


Təyyarələrin təhvil verilməsi mərasimində bir əfqan pilot A-29 Super Tucano təyyarəsinin yanında dayanır. Kabulda, 17 sentyabr 2020
Təyyarələrin təhvil verilməsi mərasimində bir əfqan pilot A-29 Super Tucano təyyarəsinin yanında dayanır. Kabulda, 17 sentyabr 2020

AzadlıqRadiosu talibanın əlindən qaçaraq Tacikistanda sığınan əfqan pilotlarının  yerləşdiyi bir obyektə xüsusi giriş əldə edə bilib.

AzadlıqRadiosu talibanın əlindən qaçaraq Tacikistanda sığınan əfqan pilotlarının yerləşdiyi bir obyektə xüsusi giriş əldə edə bilib.

Taliban Əfqanıstanın paytaxtı Kabili ələ keçirən ərəfədə ölkənin bir qrup hərbi və mülki pilotları öz təyyarələri ilə Tacikistana uçublar. Onlar paytaxt Düşənbənin ətrafında hasarla əhatə olunmuş müasir iki mərtəbəli dövlət sanatoriyada yerləşdiriliblər.

Məlumata görə, bu sanatoriyada onlarla əfqan hərbçisi və onların ailə üzvləri yaşamaqdadır ki, onlar əsasən ABŞ-da təlim keçmiş pilotlar, hava trafik nəzarətçiləri və mühəndislərdir.

Məlumatda bildirlir ki, Kabilin Taliban tərəfindən ələ keçirilməsindən bir neçə saat sonra, avqustun 15-i axşam 143 əfqan Tacikistanın cənubundakı Bokhtar Hava Limanına enib.

Pilotlar ABŞ -ın onları Tacikistandan çıxaracağına ümid edirdilər. Amma təxliyə dəfələrlə təxirə salınıb və Tacikistan hakimiyyəti heç bir səbəb göstərməyib.

Adlarının çəkilməməsi şərtilə AzadlıqRadiosuna danışan pilotlar Əfqanıstanın şimal sərhədini keçdiklərini və 17 hərbi təyyarədə Tacikistana gəldiklərini bildiriblər.

Bunlar onbir "Cessna 208" markalı , üç "AC-208" və üç "Pilatus PC-12" təyyarələridir. Hamısı Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsusdur.

Kabildə hərbi hava limanı, AC 208 təyyarələri, 7 iyul 2021
Kabildə hərbi hava limanı, AC 208 təyyarələri, 7 iyul 2021

Sanatoriyada məskunlaşan əfqanların dediklərinə görə, onlar ölkəni tərk etdikdən sonra xarici aləmlə, hətta Əfqanıstanda qalan yaxınları ilə belə əlaqə qurmayıblar.

Onların sözlərinə görə, sənədlərini, "şəxsi silah və mobil telefonlarını Tacikistan hakimiyyət nümayəndələrinə təhvil veriblər.

Gələnlər iki həftə ölkənin cənubunda, Əfqanıstan sərhədi yaxınlığındakı Bokhtar şəhərində bir tələbə yataqxanasında qalıblar. Sonra Düşənbə yaxınlığındakı bir sanatoriyaya köçürülüblər.

İki qadın pilot da daxil olmaqla hərbi pilotlar Tacikistanda qalmaq fikirində olmadıqlarını, ABŞ -a getmək istədiklərini bildiriblər.

Əfqanlar həm də Tacikistana gələndən bəri amerikalıların onlarla əlaqə saxlamamalarından şikayətləniblər.

Amma oktyabrın 7 -də ABŞ Dövlət Departamentinin sözçüsünün AzadlıqRadiosuna verdiyi məlumata görə, Düşənbədəki ABŞ səfirliyinin rəsmiləri əfqanların yaşadığı sanatoriyanı ziyarət ediblər.

Sözçü, Dövlət Departamentinin Tacikistan hökuməti ilə "davamlı təmasda olduğunu" söyləyib. ABŞ rəsmilərinin əfqanlar ətrafında vəziyyəti Tacikistan hakimiyyəti ilə müzakirə edib -etməməsi sualına, sözçü, amerikalıların Tacikistan hökuməti ilə "müntəzəm olaraq əlaqə qurduqlarını", o cümlədən Tacikistanda Əfqanıstan Hərbi Hava Qüvvələrinin pilotları ilə bağlı "hərəkətlərin əlaqələndirilməsini" müzakirə etdiklərini söyləyib.

Əfqanlar qeyri -müəyyənlik içində yaşadıqlarından şikayətlənirlər. Ümidsizlik artır. Onların vəziyyəti haqqında "bütün dünyanın bilməsini" istəyirlər. Yaşadıqları otaqlarda sıxlığ olduğunu, duşların az olduğunu və tibbi xidmətdən istifadə imkanlarının məhdud olduğunu söyləyiblər. Dediklərinə görə, əsasən "balqabaq və kələm" ilə qidalanırlar.

Pilotlardan biri-"Yaşadığımız yer bizim üçün uyğun deyil". Yemək pisdir. Heç kim yemir ..."

Digər pilotun dediyinə görə, sanatoriyanın bir otağında yeddi nəfərə qədər insan yaşayır:

"Otaqlar soyuqdur" deyən pilot, çoxlarının isti paltarlarının olmadığını da sözlərinə əlavə edir. Əşyalarını almadan tələsik çıxdıqları deyir. "Təcili olaraq Kabilu tərk etməli olduq."

Tacikistan hakimiyyəti tibb işçilərini sanatoriyaya göndərdiyini açıqlayıb. Ancaq iki qadın pilotdan biri , 27 yaşlı doqquz aylıq hamilə qadın, sanatoriyada qadın həkimlərin olmadığını və ən yaxın xəstəxananın isə bir saatlıq yolda olduğunu söyləyib.

Daha sonra rəsmi açıqlama verilib ki, oktyabrın 6 -da pilot doğum evinə aparılıb. Oktyabrın 7 -də xəstəxana işçiləri AzadlıqRadiosuna bildiriblər ki, pilot "bütün lazımi tibbi müayinələrdən keçib" və "vəziyyəti qənaətbəxşdir".

Xəstəxana rəsmisi bildirib ki, gələcək ana doğuşa qədər xəstəxanada qalacaq. Tacikistan hakimiyyəti sanatoriyada hər cür şəraitin yaradıldığını iddia edir. Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrətullo Mahmudzoda oktyabrın 7 -də AzadlıqRadiosuna deyib ki, "Pilotlar üçün ən yaxşı yerdə lazımi şərait yaratdıq və onları yeməkdən dərmana qədər hər şeylə təmin edirik".

XS
SM
MD
LG