Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:04

MSK Müsavata yox dedi...


►Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Müsavat Partiyasının başqanı Arif Hacılının müraciətinə cavab verib.

Arif Hacılı MSK sədrinə müraciət edərək 15 şəxsdən artıq namizədi qeydiyyata alınmış siyasi qüvvəyə pulsuz efirin verilməsini istəmişdi.

Müsavatın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, oktyabrın 21-də MSK-dan onlara daxil olan cavab məktubunda bu müraciətin təmin edilməyəcəyi ifadə olunub.

Cavab məktubunda pulsuz efir vaxtının yalnız 60-dan çox seçki dairəsində namizədləri qeydə alınmış siyasi partiyalar üçün nəzərdə tutulduğu göstərilib.

Bu imkanı isə yalnız hakim Yeni Azərbaycan Partiyası əldə edib. Amma YAP pulsuz efirdən imtina edib.

Buna da bax: “Mərkəzi Bank bankların çaldığı havanı oynayır...”

2010-cu ildə keçirilən son parlament seçkilərində də YAP-dan başqa heç bir partiyanın 60-dan çox namizədi qeydə alınmamışdı. Ancaq onda namizədlərin hər birinə pulsuz efir vaxtı verilmişdi. O vaxt bu addım MSK-nın bir jesti kimi dəyərləndirilmişdi.

XS
SM
MD
LG