Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:04

Əfqanıstanda qalanları ‘daha böyük’ böhran gözləyir


ABŞ-a çatmış əfqan qaçqınlar
ABŞ-a çatmış əfqan qaçqınlar

İlin sonunadək 500 minədək əfqan ölkəni tərk edə bilər

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNCHR) Filippo Qrandi minlərlə insanın Əfqanıstanı tərk etdiyi bir məqamda sərt xəbərdarlıqla çıxış edib. Onun sözlərinə görə, Talibanın hakimiyyəti ələ keçirməsindən sonra müharibənin viran qoyduğu ölkə və onun 39 milyonluq əhalisi üçün “daha böyük humanitar böhran hələ başlayır”.

Qrandi avqustun 30-da bəyanatında sərhədləri açıq saxlamağa, daha çox ölkəni “bu humanitar məsuliyyəti” paylaşmağa səsləyib. Hazırda əfqan qaçqınların 90 faizə yaxını – 2.2 milyon nəfəri İranda və Pakistanda yaşayır.

Komissarlığın ötən həftə bildirməsinə görə, ilin sonunadək 500 minədək əfqan ölkəni tərk edə bilər.

“Üzümüzü çevirib getməməliyik”

Taliban paytaxt Kabili tutandan bəri ABŞ-ın başçılığı ilə minlərlə əcnəbi və əfqan ölkədən təxliyə olunub. Qrandi deyir ki, bu proses “bir neçə günə bitir və bundan sonra faciə elə də görünən olmayacaq”.

“Amma milyonlarla əfqan üçün bu, gündəlik reallığa çevriləcək. Biz çevrilib getməməliyik”, – o deyib.”

Qrandi AB-nin daxili işlər nazirlərinin Brüsseldəki görüşü ərəfəsində belə müraciətlə çıxış edib. Nazirlər Əfqanıstan böhranını müzakirə edəcəklər.

“Reuters” bəyanatın layihəsini görüb. AB və üzv ölkələr bildirirlər ki, birlikdə hərəkət edərək keçmişdəki nəzarətsiz irimiqyaslı qanunsuz miqrasiyanı önləməyə çalışacaqlar. Blok həmçinin ehtiyacı olanların elə regionda adekvat qoruma ilə təmin olunması üçün Əfqanıstana və qonşu ölkələrə daha çox pul boyun olurlar.

AB hökumətləri 2015-ci ilin kütləvi miqrant axınının təktrarlanmamasına çalışır.


UNESCO-nun xəbərdarlığı

Avqustun 31-dək ABŞ əsgərləri Əfqanıstanı tərk edir.

Taliban iki həftə öncə paytaxtı ələ keçirəndən Əfqanıstan əhalisinin taleyi ilə bağlı narahatlıq artıb.

Avqustun 29-da BMT-nin uşaq agentliyi – UNESCO əfqan uşaqlara “həmişəkindən daha böyük risk”lə bağlı xəbərdarlıq edib.

Agentlik bildirir ki, bəzi tərəfdaşlar Əfqanıstana yardımı kəsməyi nəzərdən keçirirlər. Bu halda Əfqanıstanda yaşı 5-dən aşağı bir milyon uşaq pis qidalanmanın kəskin formasıyla üzləşər.

“2.2 milyonu qızlar olmaqla 4 milyondan çox uşaq məktəbə getmir. 300 minədək uşaq evlərindən çıxarılıb”, – bəyanatda vurğulanır.

XS
SM
MD
LG