Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:35

General Dostum zorlamada ittiham edilir


General Abdul Rashid Dostum (sol) və Ramzan Kadyrov, Qroznı, 5 oktyabr 2015
General Abdul Rashid Dostum (sol) və Ramzan Kadyrov, Qroznı, 5 oktyabr 2015

Əfqanıstan prezidenti Ashraf Ghani məsələnin ciddi şəkildə araşdırılacağına söz verib.

Keçmiş qubernator deyir ki, Əfqanıstanın birinci vitse-prezidenti general Abdul Rashid Dostum-un sifarişi ilə silahlı adamlar onu oğurlayaraq işgəncə veriblər.

Dostum-un rədd etdiyi bu ittihamlarla bağlı araşdırma başlanıb. Jouzjan əyalətinin keçmiş qubernatoru Ahmad Ishchi iddia edir ki, Abdul Rashid Dostum-un adamları ona hücum edərək girov götürüblər. Əfqanıstan prezidenti Ashraf Ghani məsələnin ciddi şəkildə araşdırılacağına söz verib.

Ahmad Ishchi dekabrın 13-də AzadlıqRadiosuna Abdul Rashid Dostum-un göstərişi ilə seksual zorakılığa məruz qaldığını və işgəncə gördüyünü söyləyib. O, birinci vitse-prezidenti 1990-cı illərdə - Əfqanıstanda vətəndaş savaşı gedərkən, hətta öz dəstəsiylə də rəhmsiz davranan komandir kimi tanındığını deyib.

Əfqanıstan, Ahmad Ishchi, 13 dekabr 2016
Əfqanıstan, Ahmad Ishchi, 13 dekabr 2016

Abdul Rashid Dostum ötən ay bildirib ki, Əfqanıstan Milli Ordusu keçmiş qubernatoru həbs etdiyindən, həmin adam özünə ünvanlanan ittihamları önləmək üçün vitse-prezidentə şər-böhtan atır.

“Tapşırıb ki, o vəziyyətdə də şəklimi çəksinlər”

Ahmad Ishchi-nin sözlərinə görə, Dostum öz 10 nəfər adamına tapşırıb ki, onu zorlasınlar və bunu sənədləşdirsinlər. O iddia edir ki, vitse-prezident öz silahlılarına onu soyundurmaq göstərişi verib.

Keçmiş qubernator AzadlıqRadiosuna müsahibəsində həmin səhnəni təsvir etmək üçün kobud ifadələr işlədib. Dediyinə görə, onu noyabrda - atçapma yarışları gedərkən, oğurlayıblar.

“Dostum öz mühafizəçisinə tapşırdı ki, məni digər 9 mühafizəçisiylə zorlasınlar. Yeri qan bürüyənəcən məni zorlamaq və bunun şəklini çəkib ona gətirmək göstərişini vermişdi”, - Ahmad Ishchi müsahibəsində belə deyib və olayın ardını danışıb:

“Məni döşəməyə uzatdılar, bir neçə saniyə nə olduğunu anlamadım, birdən ağrı hiss etdim, qeyri-ixtiyarı bağırdım”.

Ahmad Ishchi-nin sözlərinə görə, tüfəngin qundağıyla zorladıqlarından, aldığı zədələrdən sonra ona 4-5 tikiş qoyulmasına ehtiyac yaranıb.

Keçmiş qubernator iddia edir ki, Dostum-un silahlı adamları onun çiyinlərindən tutaraq, giya bu işi tüfəng qundağıyla deyil, özlərinin gördüyünü əks etdirən foto çəkiblər.Dediyinə görə, həmin şəkil zorlama sifarişinin yerinə yetirildiyini sübut etmək üçün Dostum-a göndərilib.

Ahmad Ishchi əlavə edir ki, seksual zorakılıq baş verən zaman Dostum-un özü otaqda olmasa da, əvvəllər vitse-prezidentdən belə bir hədə alıb.

“Özəl həbsxana”

Abdul Rashid Dostum-un ofisi yaydığı bəyanatda bu ittihamları rədd edir, bunu “naməlum dairələrin vitse-prezidentə hücumu” kimi qiymətləndirir. Bəyanatda deyilir ki, keçmiş siyasətçi Ahmad İshchi təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və indi ölkənin stabilliyini təhlükə altına qoymağa çalışır;

Həbsxana, foto arxiv
Həbsxana, foto arxiv

“Ahmad İshchi-ni Əfqanıstanın təhlükəsizlik qüvvələri saxlayıb və ona qarşı müxalifəti maliyyələşdirməklə bağlı ittihamlar irəli sürülüb”.

Ahmad Ishchi isə deyir ki, təhlükəsizlik qüvvələri onu 11 gün saxlamazdan əvvəl o, birinci vitse-prezidentin özəl həbsxanasında 5 gün keçirib.

Keçmiş qubernator AzadlıqRadiosuna öz şərəfini müdafiə etməkdə israrlı olduğunu da söyləyib.

Məlumatlara görə, Dostum noyabrın 25-də keçirilən idman yarışında yüzlərlə adamın gözü önündə İshchi-ni döyülməsinə və həbsinə göstəriş verib. Birinci vite-prezidentin özü bu iddiaları rədd edir.

“O mənə dedi ki, səni bu dəqiqə öldürərəm və buna görə kimsə məndən hesab sormaz”, - keçmiş qubernatorun müsahibəsində dediyi sözlərdir.

Beynəlxalq təşviş

Ahmad Ishchi-nin ittihamları ABŞ və Britaniyanın, digər Qərb ölkələrinin və Avropa Birliyinin diqqətini çəkib. Onlar dolğun, şəffaf və ədalətli araşdırma tələb ediblər.

Əfqanıstan prezident sarayının sözçüsü Harron Chakhansori AzadlıqRadiosuna deyib ki, hökumət bu məsələyə ciddi yanaşıb:

“Əfqanıstan hökuməti üçün heç kəs qanundan üstün ola bilməz”.

Birinci vitse-prezident kimdir?

Abdul Rashid Dostum vaxtilə silahlı qrupun komandiri olub. O, 1980-ci illərdə sovet işğalına qarşı döyüşən 20 minlik silahlı dəstəyə rəhbərlik edib. General Dostum 1990-cı ildə - vətəndaş müharibəsində öz dəstəsi ilə vuruşub. Hələ o vaxt da Dostumun rəhbərlik etdiyi silahlı dəstə zorlama, soyğunçuluq və qətllərdə ittiham olunub. Hüquq müdafiə təşkilatları Dostum-un özünü 2 min Taliban məhbusunu işgəncə ilə öldürməkdə suçlayır. Generalın özü bu ittihamları rədd edir.

Əfqanıstan, General Abdulrashid Dustum, 20 Octyabr 2015
Əfqanıstan, General Abdulrashid Dustum, 20 Octyabr 2015

Gündəlik “Sarnevesht” nəşri yazır ki, ötən il birinci vitse-prezident başqa bir zorlama hadisəsində ittiham olunub, ancaq bu iddialar dərindən araşdırılmayıb.

Abdul Rashid Dostum AzadlıqRadiosunun suallarını cavablandırmayıb.

XS
SM
MD
LG