Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:30

Əfqanıstan iqlim dəyişikliyindən əziyyət çəkən ən həssas ölkələrdən biridir


Bağlan əyalətinin Borka kəndi daşqınlardan sonra.
Bağlan əyalətinin Borka kəndi daşqınlardan sonra.

Dünyanın ən yoxsul ölkələrindən biri olmaqla yanaşı, Əfqanıstan həm də iqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələrdəndir.

AzadlıqRadiosu "Radio Azadi" xidmətinin əməkdaşı Əbubakar Siddikin qələmə aldığı məqalədə deyilir ki, on illərlə sürən savaşlar və çevrənin çökməsi üzündən Əfqanıstan dünyanın iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkən dördüncü həssas ölkəsinə çevirib.

Ekspertlərin fikrincə, havanın istiləşməsi təbii fəlakətlərin, o sıradan quraqlıq, daşqın və sürüşmələrin tezlik və şiddətini artırır.

Son illərin ölümcül təbii fəlakətləri milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyub, Əfqanıstandakı dağıdıcı insani və iqtisadi böhranları daha da gücləndirib.

Mütəxəssislər deyirlər ki, iqlim dəyişikliyi sakinlərinin təxminən 80 faizinin dolanışığının təbii resurslardan asılı olan 40 milyonluq Əfqanıstan üçün dərin problemlər yaradır.

"Taliban"ın gəlişi böhranı çözmək imkanlarını daha da çətinləşdirib

Qərbyönlü Əfqanıstan hökumətinin çöküşü və 2021-ci ildə "Taliban"ın hakimiyyəti ələ keçirməsi ölkədə iqlim dəyişikliyi böhranını çözmək imkanlarını çətinləşdirib.

Beynəlxalq donorlar çoxmilyardlıq inkişaf dəstəyini dərhal dayandırıb, beynəlxalq humanitar yardımlar da kəskin azalıb. Ölkədə insan haqları ilə bağlı "Taliban"dan qaynaqlanan acınacaqlı durum da bunun bir səbəbidir.

"Taliban" nümayəndə heyəti BMT-nin Bakıda keçirilən İqlim Konfransına müşahidəçi qismində qatılıb. Bununla belə, pul çatışmazlığı yaşayan, tanınmamış "Taliban" hökuməti, çətin ki, beynəlxalq yardım göstərilməsinə nail olsun.

'Taliban' Bakıda: Ekstremist qruplaşmanın COP29-a dəvəti nə deməkdir?
Gözlə

No media source currently available

0:00 0:04:59 0:00

İstilik effekti yaradan qazların qlobal emissiyalarında payı çox az olsa da, Əfqanıstan sürətlə artan hərarətlə üzləşir. 1950-ci ildən bugünədək ölkədə ortalama hərarət 1.8 dərəcə artıb. Bu, qlobal orta göstəricidən – 1.5 dərəcədən yüksəkdir.

BMT İnkişaf Proqramının (BMTİP) bilgisinə görə, hərarətin artması ölkənin iqtisadi dayağı olan kənd təsərrüfatına və onun dəyər zəncirinə ziyan vurub.

Yaz və yay aylarında baş verən daşqınlar 300-dən çox əfqanın həyatına son qoyub, 20 mindən çox insanı evlərini tərk etməyə məcbur edib, minlərlə evi və hektarlarla əkin sahələrini dağıdıb. BMTİP-nin fikrincə, daşqınlar ölkəyə ildə 400 milyon dollardan çox iqtisadi ziyan vurub.

İçməli su qıtlığı

Əfqanıstan qonşularından ötrü əsas şirin su mənbələrindən biri olsa da, iqlim dəyişikliyi ölkənin hidroloji infrastrukturunu da məhv edir və su qıtlığını sürətlə artırır.

UNICEF bildirir ki, hər 10 əfqandan 8-nin güvənli içməli suya çıxışı yoxdur.

BMT-nin bilgisinə görə, Əfqanıstan əhalisinin 64 faizindən çoxu quraqlıqdan əziyyət çəkir və bu, getdikcə daha çox əfqanı ərzaq çatışmazlığı ilə üz-üzə qoyur.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatları da göstərir ki, iqlim dəyişikliyi getdikcə daha çox daxili yerdəyişmə və Əfqanıstandan miqrasiyaya səbəb olur.

XS
SM
MD
LG