Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:44

Beynəlxalq təşkilatlar Azərbaycanın EITI üzvlüyündən çıxarılmasını tələb edir


“Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti üzərinə aramsız repressiyaları bu ölkənin Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü (Extractive Industries Transparency Initiative-EITI) üzvlüyündən çıxarılması ilə nəticələnməlidir”.

Bu sözlər Freedom House və Index on Censorship kimi qruplar da daxil 18nüfuzlu beynəlxalq təşkilatın EITI şurasının üzvlərinə göndərdiyi məktubda yazılıb.

EITI Azərbaycanın bu qurumdakı statusu məsələsinə oktyabrın 26-da baxmalıdır. Təşkilat ölkədə insan haqlarının bərbad vəziyyəti ilə bağlı artıq 2015-ci ilin aprelində Azərbaycanın statusunu “üzv”-dən “namizəd” dərəcəsinə endirib.

Beynəlxakq təşkilatlar hesab edirlər ki, Azərbaycan bu tənbehdən keçən ilyarımda insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün heç bir addım atmayıb.

Məktubda xəbərdarlıq edilir ki, “Azərbaycanın avtokratik hökuməti ölkə fəalları üzərinə amansız hücumunu davam etdirir”.

Məktubda qeyd olunur ki, Azərbaycan QHT-lərinin bir çoxunun bank hesabları hələ də dondiurulmuş vəziyyətdədir, vətəndaş cəmiyyəti qruplarının xaricdən maliyyələşmə imkanları tamamilə bloklanıb.

EITI şurasının iclaslarından biri (Arxiv)
EITI şurasının iclaslarından biri (Arxiv)

Məktub müəllifləri bildirirlər ki, EITI sədri Clare Short-un 2015-ci ilin oktyabrında Bakıya səfərindən sonra Azərbaycan hökuməti bəzi müsbət addımları atsa da, sonradan repressiyalarını daha da gücləndirib.

Məktubda deyilir ki, hökumətin QHT-ləri, fəalların qondarma ittihamlarla həbsləri də daxil təqib etməsi onları EITI proseslərində mənalı iştirakdan məhrum edir.

Məktub müəllifləri xüsusilə vurğulayırlar ki, Azərbaycanda hücumlara, həbslərə və bank hesablarının dondurulmasına elə ilk növbədə EITI koalisiyasına daxil QHT-lər və onların nümayəndələri məruz qalır.

“Azərbaycan hakimiyyəti ağır iqtidsadi durumuna rəğmən siyasi sistemdə islahatlar aparmaqdan imtina edib” – deyilir müraciətdə.

Məktubda bildirilir ki, baş prokurorluğun 2014-cü ilin aprelində bir sıra QHT-lərə qarşı açdığı cinayət işi hələ də davam edir.

Məktubda deyilir ki, Azərbaycanın EITI-də qalması üçün onun hökuməti siyasi iradə nümayiş etdirməli, QHT-lərə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları dayandırmalıdır.

XS
SM
MD
LG