Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:15

İstanbul merinə 2 il 7 ay iş kəsildi


Ekrem İmamoğlu 2019-cu il seçkisi zamanı
Ekrem İmamoğlu 2019-cu il seçkisi zamanı

Türkiyə məhkəməsi dekabrın 14-də prezident Recep Tayyip Ərdoğanın məşhur rəqibi, İstanbul meri Ekrem İmamoğlunu 2 il 7 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə hökmündə habelə deyilir ki, dövlət rəsmilərini təhqir etməkdə ittiham olunan İmamoğluna siyasi fəaliyyət qadağan olunur.

Bu hökmdən apellyasiya şikayəti veriləcəyi gözlənilir.

Reuters agentliyi diqqəti belə bir məqama çəkir ki, məhkəmə hökmü Türkiyədə prezident və parlament seçkilərinə altı ay qaldığı bir vaxtda çıxarılıb.

Bu seçkidə İmamoğlunun Ərdoğana ciddi rəqib olacağı gözlənilirdi.

Amma müxalifət hələki prezident seçkisi üçün namizədini göstərməyib.

Ana müxalifətin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan İmamoğlu 2019-cu ildə İstanbulda bələdiyyə seçkilərinin nəticələrini ləğv edənləri “axmaq” adlandırdığına görə mühakimə edilmişdi.

Həmin ittiham üzrə ona 4 il iş kəsilə bilərdi.

Seçkidə iştirakdan məhrum ola bilər

İmamoğlu 2019-cu ildə keçirilən bələdiyyə seçkisində cüzi fərqlə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinə qalib gəlmişdi.

Lakin həmin seçkinin nəticələri ləğv olunduqdan sonra keçirilən təkrar seçkidə İmamoğlu inamlı qələbə qazanmışdı.

Həmin qələbə ilə Türkiyənin ən böyük şəhərində hakim partiyanın 25 illik rəhbərliyinə son qoyulmuşdu.

Şərhçilər bildirirlər ki, 2023-cü il seçkilərinin nəticələri müxalif CHP və başqa partiyaların vahid namizəd irəli sürmək qabiliyyətindən asılı olacaq.

Reuters yazır ki, İmamoğlu barəsində dekabrın 14-də çıxarılmış hökmdən verilən apellyasiyaya baxılması 2023-cü ilin seçkisindən sonrayadək davam edə bilər. Bu isə İmamoğlunu seçkidə iştirakdan məhrum edərdi.

Tənqidçilər bildirirlər ki, məhkəmələr Ərdoğana tərəfkeşlik edirlər.

Türkiyə hakimiyyəti isə ədliyyə sisteminin müstəqil olduğunu bildirir.

XS
SM
MD
LG