Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:50

Ekspert: Dağlıq Qarabağ münaqişəsi bitməyib, dondurulub


Bakıdan BMT-yə məktub: 62 erməni əsir var - Əsirlərlə bağlı son durum ətraflı
Gözlə

No media source currently available

0:00 0:10:05 0:00

Bakıdan BMT-yə məktub: 62 erməni əsir var - Əsirlərlə bağlı son durum ətraflı

“Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq.

Prezident İlham Əliyev Ermənistanın xarici işlər nazirinin yanvarın 5-də Xankəndinə səfəri ilə bağlı xəbərdarlıq edib.

O yanvarın 6-da keçirilən müşavirədə deyib ki, bu cür səfərlərə son qoyulmasa Azərbaycanın cavabı sərt olacaq:

“Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən?”

Bəs, bu cür səfərlər tərəflər arasında münaqişəni qızışdıra, yeni toqquşmalara səbəb ola bilərmi?

Erməni politoloq: "Rusiyanın sülhməramlıları ilə aparılacaq müharibə?"

Yerevandakı “Qafqaz İnstitutunun” direktoru, politoloq Aleksandr İskandaryan hesab edir ki, bu məsələ danışıqlar masasında müzakirə olunmalıdır:

“Üçtərəfli razılaşmada səfərlərlə bağlı bir kəlmə də qeyd yoxdur. Bu səfərlərə görə münaqişənin yenidən qızışacağını hesab etmirəm. Necə başlaya bilər ki? Rusiyanın sülhməramlıları ilə aparılacaq müharibə? Mən bunu ciddi hesab etmirəm. Üçtərəfli razılaşmada Laçın dəhlizi məhz Ermənistandan Qarabağa gedib-gəlmək üçün nəzərdə tutulub. Ermənistandan Qarabağa insanlar gedib-gələ bilməyəcəklərsə, onda bu dəhliz nə üçün lazımdır? O ki qaldı Ermənistan rəsmilərinin Qarabağa səfərinə Azərbaycan ya buna etiraz etməkdə davam edə bilər, ya da bu məsələ danışıqlar masasında müzakirə oluna bilər. Bunu top, tankla həll eləmək çıxış yolu deyil”.

Dağlıq Qarabağ münaqişəsini yaxından izləyən, Kiyevdəki “Gələcək naminə Ukrayna İnsitutunun” beynəlxalq siyasət üzrə analitiki İlya Kusa deyir ki, son baş verənlər bir daha göstərir ki, Azərbaycan və Ermənistan arasında münaqişə hələ bitməyib və istənilən vaxt yenidən alovlana bilər:

“Mən fikirləşirəm ki, bu münaqişənin gedişatı Rusiya və Türkiyənin mövqeyindən aslıdır. Çünki bu iki ölkə regionda sabitliyinin zəmanətçisi kimi çıxış edirlər”.

İlya Kusa düşünür ki, indiki durumda Rusiya və Türkiyənin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi dondurulub. Onun fikrincə, tərəflər razılığa gəlmədikcə, münaqişənin yenidən qızışması riski qalır.

Erməni nazirin Qarabağa səfəri yeni münaqişəyə səbəb ola bilərmi?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

1994-cü ildə imzalanmış atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Sentyabrın 27-də Qarabağda başlayan və 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsini geri qaytara bilib.

Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılları adından imzalanmış bəyanatla döyüşlər dayandırılıb.

Keçmiş Dağlıq Qarabağ regionu ərazisində hələ də bir neçə rayon erməni qüvvələrinin nəzarəti altındadır.

Noyabrın 10-da imzalanan atəşkəs razılaşması ilə Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG