Nyu-York məhkəməsi 62 yaşlı meksikalı narkobaron Joaquin Guzman-ı ömürlük həbsə məhkum edib.
Bu barədə Azadlıqradiosu iyulun 18-də AP AFP agentliklərinə istinadla xəbər verir.
El Chapo kimi tanınan narkobaron 2016-cı ildə Meksikada tutulub, bir ildən sonra isə ABŞ-a verilib.
O, ABŞ-da kokain alverində, qanunsus silah saxlama və qətllərin təşkilində ittiham olunur.
Guzman narkotik alveri ilə məşğul olan Meksikadakı “Sinaloa” adlı təşkilatın rəhbəridir.
Onun ABŞ-da narkotiklərdən illik gəliri 320 milyon dollardan çoxdur.
“Forbes” jurnalı onu dünyada ən nüfuzlu adamlardan biri adlandırıb, o faktiki təkbaşına ABŞ-ın bütün kokain bazarına nəzarət edə bilir.
El Chapo bundan əvvəl Meksikada da mühakimə olunub, amma iki dəfə həbsxanadan qaçıb.
Birinci dəfə 2001-ci ildə “Puente-Qrande” həbsxanasından qaçıb. Həmin vaxt onun qaçışında təxminən 80 adam iştirak edib.
İkinci dəfə isə 2015-ci ildə Meksikada ən güclü mühavizə olunan ciddi rejimli həbsxanadan qaçıb.
Keçmiş terrorçu Usama Bin Laden 2012-ci ildə öldürüldükdən sonra, ABŞ Guzman-ı 1 nömrəli cinayətkar sayır.
O həmin vaxt kamerasına çəkilmiş 1500 kilometrlik tunellə qaçmışdı.