Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:26

Elan edilən islahata iki fərqli yozum


İqtisadi islahat, karikatura
İqtisadi islahat, karikatura

Hakimiyyət iki il öncə yenidən köklü islahatlara başladığını elan edib. Hətta bu ilin payızına nəzərdə tutulan parlament seçkiləri də 6 ay önə çəkilib növbədənkənar qaydada fevralın 9-da keçiriləndə də bu islahatların sürətləndirilməsi ilə izah edildi. Bəs bütün bu müddət ərzində hansı dəyişikliklər baş verib?

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri, deputat Tahir Mirkişili xatırladıb ki, 2018-ci il prezident seçkilərindın sonra andiçmə mərasimində dövlət başçısı İlham Əliyev islahatların sürətlənəcəyi anonsunu verib və iqtisaməti də göstərmişdi:

“...Bu istiqamətlərə baxdıqda xeyli uğurlar əldə olunub”

Tahir Mirkişili
Tahir Mirkişili

“ Bura sosial dövlət konsepsiyası, qeyri-neft sektorunun artırılması, dayanıqlı inkişaf, kölgə itisadiyyatının azaldılması, şəffaflığın artması, yəni bu istiqamətlərə baxdıqda xeyli uğurlar əldə olunub. Məsələn, yalnız 2019-cu ildə həyata keçirilən sosial islahatların nəticəsində ilk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu keçdi, pensiya təminatları 70 faizdən çox artdı, minimum pensiya 200 manata çatdırıldı, əmək haqları 50 faizə qədər artırıldı. Ötən il orta aylıq əməkhaqqı 14 faizdən çox artırıldı. Bu cəhətdən baxdıqda, sosial istiqamətdə həyata keçirilən islahatlarla bağlı xeyli işlər görüldü”

Komitə sədri sualı iqtisadi baxımdan da dəyərləndirib:

“Qeyri-neft sənayesinin 14 faizdən çox artması...”

Azərbaycan manatı
Azərbaycan manatı

“ İqtisadi yöndən baxdıqda, ötən il yanvarın 1-dən etibarən Vergi Məcəlləsində edilən dəyişikliklər kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, şəffaflığın artırılmasına yönəldildi. Bu baxımdan nəticələrə diqqət yönəldilsə, təkcə ötən il bağlanan rəsmi müqavilələrin sayı 160 mini keçdi. Eyni zamanda, 8 minə qədər əməkhaqları vergidən azad olunub və sahibkarlıq mənfəətinin 75 faizi güzəştlə vergiyə cəlb edilib. Bu cəhətdən keçən il ölkənin büdcə gəlirlərinin proqnozdan artıq 1 milyard manatdan çox icra olunması, yəni əlavə vəsaitin gəlməsi, bura qeyri-neft sənayesinin 14 faizdən çox artması da göstərir ki, aparılan iqtisadi islahatlar da dayanıqlı iqtisadi inkişaf modeli qurmaq baxımından mühüm nəticələr əldə edib”
Deputatın fikrincə, təkcə ötən ilin iqtisadi nəticələrinə baxdıqda görmək olar ki, qeyri-neft sektorunun rolu müstəsna olaraq mühüm səciyyə daşıyıb:

“ Aparılan islahatlar cari ilin birinci rübündə də sürətli iqtisadi inkişafda da özünü göstərib. Məsələn, bu il qeyri-neft sektorunda 7 faiz, qeyri-neft sənayesi 23 faizə qədər artım olub. Bunlar iqtisadi və kadr sahəsində aparılan islalatların sayəsində baş verib”

Azərbaycanda növbədənkənar parlament seçkisi, 9 fevral 2020
Azərbaycanda növbədənkənar parlament seçkisi, 9 fevral 2020

Siyasi islahatlara gəlincə, Tahir Mirkişili parlament seçkilərindən sonra qanunverici orqanın və komitələrin rəhbərliyində müxalif partiyaları təmsil edən şəxslərin iştirak etdiyini qeyd edib:

“Bu, parlamentin tərkibində olan müxtəlif siyasi qüvvələrin qanunvericilik hakimiyyətində iştirakını təmin etmək, onlara daha çox söz demək imkanının yaradılması demək idi. Bunlar cənab Prezidentin təşəbbüsü ilə parlamentdə həyata keçirilən islahatlardan biri idi”.

“Korrupsiyaya qarşı aparılan mübarizə daha sərt və dönməz olub”

Deputatın sözlərinə görə, ötən müddətdə korrupsiyaya qarşı aparılan mübarizə daha sərt və dönməz olub:

“ Bu gün eyni zamanda, Avropa Şurasına üzv olan 50 ölkə arasında Azərbaycan korrupsiya qarşı mübarizə aparan 7-ci, MDB-də 1-ci yerdə olub. Bu, Avropa Şurasının antikorrupsiya monitorinq orqanı – Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) hesabatında öz əksini tapıb. Qeyd olunan bu fakt aparılan islahatlara mane olmaq istəyən qüvvələrin aradan qaldırılmasının, islahatların daha əhatəli olmasına imkan yaratdığını göstərir”

Tahir Mirkişili-nin fikrincə, pandemiya şəraitində bütün dövlətlərin mübarizəsi göstərir ki, Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ən öndə gedən ölkələrdən biridir:

“Əhalinin sağlamlığının qorunması üçün çox mühüm nəticələr əldə olunub”

“ Məhz yeni koronavirusa yoluxanların az olması, qısa müddətdə operativ qərarların qəbulu və əhalinin sağlamlığının qorunması üçün çox mühüm nəticələr əldə olunub. Parlalel olaraq ölkə ümum daxili məhsula nisbətdə regionda ən böyük iqtisadi proqram elan edib - 3,5 milyard manatı keçən və mühüm məsələlərdən biri odur ki, Azərbaycan bu ehtiyatlara sahibdir və bunların qısa vaxtda reallaşmasınını təmin edib. Yəni 600 mindən çox insan 190 manat həcmində sosial yardım aldı, 100 minlərlə insan Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımı ilə təmin olundu. Pandemiyadan əziyyət çəkən 300 mindən çox sahibkara yardım edildi, vergi güzəştlərinin təminatında şərait yaradıldı”

Deputatın vurğulamasına görə, bütün bunlar əvvəlki illərdə aparılan islahatların mühüm nəticəsidir ki, dövlət belə ehtiyatlara sahib olmaqla çətin dövrdə uğurlu mübarizə apara bildi:

“ Bu ilin 5 ayının büdcə gəlirlərinin proqnozdan əvvəl 500 milyon icra olunması onu deməyə əsas verir ki, dövlət pandemiya şəraitində ən az itkiylə çıxan ölkələrdən biri olacaq”

Bəxtiyar Hacıyev, 2012
Bəxtiyar Hacıyev, 2012

İctimai fəal Bəxtiyar Hacıyev isə yazının girişində çıxarılan suala cavab verərkən Azadlıq Radiosuna deyib ki, hakimiyyət islahat anonsunu verəndə buna ən çox inananlardan və sevinənlərdən biri olub.

“Real islahat qanunvericilikdə və məhkəmə sistemində ciddi dəyişikliklər olmadan baş tuta bilməz”

O, ilkin addımlar da atıldığını vurğulayaraq əlavə edib ki, amma ötən ilin sonuna doğru aparılan siyasətin islahat yox, hakimiyyətin bir qrupdan başqa qrupa ötürüldüyü müşahidə edilib.

Bəxtiyar Hacıyev hesab edir ki, Azərbaycanda real islahat qanunvericilikdə və məhkəmə sistemində ciddi dəyişikliklər olmadan baş tuta bilməz:

“Bunlar olmadığı halda biz ən yaxşı halda kadr və hansısa xırda dəyişikliyindən danışa bilərik, amma islahatdan yox. Ötən il hakimiyyətin yüksək mərtəbəsində şəxslərin islahat mesajları real görünmür, onun əvəzində tam əksini gördük”

Azərbaycan parlamenti, 2 dekabr 2019
Azərbaycan parlamenti, 2 dekabr 2019

Bəxtiyar Hacıyev-in fikrincə, indi daha sərt addlmlara əl atılır, repressiv qərarlar veririlir, tamamilə fərqli mənzərə yaşanır:

“Deputatların təyinatı əvvəlki seçkilərdən dəfələrlə biabırçı şəkildə oldu”

“ Eyni zamanda, parlament seçkiləri erkən keçirildi, bu qərar sırf islahatlara dəstək kimi izah olundu. Amma həm parlamentin yeni tərkibi, həm də deputatların təyinatı əvvəlki seçkilərdən dəfələrlə biabırçı şəkildə oldu. Bununla da ölkədə islahat mesajına tək-tük inanlar var idisə, onlar da öz inamlarını itirdilər

XS
SM
MD
LG