Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:20

İctimai fəal: 'Düşünürəm ki, burada hansısa siyasi sifariş var'


E.Səlimov
E.Səlimov

Avqustun 3-də Milli Məclis Baş prokuror Kamran Əliyevin təqdimatı əsasında Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verdi və az sonra onun saxlanılması haqda xəbər yayıldı.

Keçmiş deputatın iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etdiyi bildirilir.

Bu məsələ sosial şəbəkədə başqa bir məsələyə diqqət çəkdi: vəzifəli şəxs sıravi vətəndaşı döysəydi, nəticə onun üçün bu qədər ağır olardımı? Azərbaycanda praktikada qanun bütün vətəndaşları eyni dərəcədə qoruyurmu?

F.Ağamalı
F.Ağamalı

Deputat: "Fərq etməz bu, vətəndaşdır, polisdir..."

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, sosial şəbəkələrdə səslənən bu fikirlərin heç bir əsası yoxdur: "Bunu yazanlar qərəzli mövqe nümayiş etdirirlər. Yenə də onlar Azərbaycana qarşı böhtan kampaniyasının içərisindədirlər və indiki halda korporativ manipulyasiya mahiyyətlərini ortaya qoyurlar".

Deputatın sözlərinə görə, adi vətəndaş deputatın və ya məmurun onun təhqir etməsinə, ona fiziki xəsarət yetirməsinə dair hüquq-mühafizə orqanlarına müraciət edərsə, birmənalı olaraq cinayət işi açılar: "Burada artıq polis, məmur, adi vətəndaş anlayışı həlledici deyil. Həlledici amil Azərbaycanda qanun aliliyinin təmin edilməsidir və bununla bağlı onlarla faktı misal gətirmək olar".

Komitə üzvü qeyd edib ki, son vaxtlar ayrı-ayrı nazirliklərdə korrupsiya hallarına, ayrı-ayrı icra başçılarının və yüksəkvəzifəli məmurların qanunazidd əməllərinə konkret hüquqi qiymət verilməkdədir. "Bu da ölkədə qanunun aliliyinin olmasının sübutlarından biridir", – F.Ağamalı bildirib.

Prokurorluq deputatın adı keçən davayla bağlı cinayət işi açdı
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Onun fikrincə, keçmiş deputat E.Səlimov adi vətəndaşa da bu cür zorakılıq etsəydi və həmin vətəndaş hüquq-mühafizə orqanlarına müraciət etsəydi, çox daha ciddi hüquqi addımlar atılacaqdı: "Fərq etməz bu, vətəndaşdır, polisdir və ya başqa adamdır. Söhbət qanun aliliyinin təmin olunmasından gedir və bu baxımından, Azərbaycan dövlətinin iradəsi məhz bu istiqamətə köklənir və bunun nəticəsini biz görməkdəyik".

Deputat: "Polisin yiyəsi var..."

Yeri gəlmişkən, avqustun 3-də Milli Məclisdə E.Səlimovla bağlı danışan deputat Tahir Kərimli "polisin yiyəsi var, deputatın yox" söyləyib. Bu haqda "Qafqazinfo" xəbər verir: "Polisin həddində idimi ki, deputatın səlahiyyət həddini aşıb-aşmadığını qiymətləndirsin? Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq".

Spiker deputata cavab olaraq deyib ki, deputatın yiyəsi xalqdır.

B.Hacıyev
B.Hacıyev

İctimai fəal: "Hansısa siyasi səhvə görə cəzalandırırlar"

İctimai fəal Bəxtiyar Hacıyev isə hesab edir ki, E.Səlimovun cəzalandırılması nə qanunların işləməsiylə bağlıdır, nə də ki döyülən şəxsin polis olması ilə. O, AzadlıqRadiosuna bildirib ki, bu hadisənin daha dərin səbəbləri var: "Düşünürəm ki, burada hansısa siyasi sifariş var və onu buraxdığı hansısa siyasi səhvə görə cəzalandırırlar. Yoxsa deputat sıravi bir vətəndaşı və ya polisi döysə belə, onunla bağlı bu qədər böyük proses başlamazdı".

B.Hacıyev Azərbaycanda hamının qanun qarşısında bərabər olmadığını düşünür: "Kifayət qədər çox sayda hadisələrin şahidi oluruq ki, orada qanunlar da pozulur, vətəndaşlar da döyülür, amma bununla bağlı heç vaxt bu qədər operativ addım atılmır, günahkar tərəf cinayət məsuliyyətinə cəlb edilmir".

İctimai fəalın sözlərinə görə, Azərbaycanda qanunlar elə yazılıb və elə icra olunur ki, daha çox vətəndaşın ziyanına və dövlət strukturlarının xeyrinə işləyir.

XS
SM
MD
LG