Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:15

Qəzaya görə dövlət komissiyası yaradıldı


Nazirlər Kabinetinin iclası, 9 oktyabr 2017
Nazirlər Kabinetinin iclası, 9 oktyabr 2017

Mingəçevridəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar olaraq Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev bu gün, iyulun 3-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda vurulanır ki, iyulun 3-də Mingəçevirdə “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı, Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.

Prezident baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə dövlət komissiyasının yaradılmasına qərar verib.

Sərəncama əsasən Baş nazirin birinci müavini komissiyanın sədri təyin edilib.

Energetika naziri komissiya sədrinin müavini, daxili işlər, fövqəladə hallar nazirləri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti (ASC), “Azərişıq” ASC sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı və Fizika İnstitutunun direktoru komissiyanın üzvləri təyin olunublar.

Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq, prezidentə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılmasından ötrü təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək tapşırılıb.

Sərəncamla həmçinin, hüquq mühafizə qurumlarının üzərinə baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi vəzifəsi qoyulub.

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda partlayış baş verdiyi bildirilir. Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanıb.

XS
SM
MD
LG