Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:00

NİDA Elgiz Qəhrəmanın həyatından narahatdır


Elgiz Qəhrəman həsbdə qaldı
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

“Mülki geyimlilər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparandan sonra 6 gündür ki, Elgiz Qəhrəmandan xəbər almaq mümkün olmayıb”.

NİDA Vətəndaş Hərəkatının avqustun 18-də yaydığı bəyanatda belə deyilir.

Hərakat üzvünün həyatından narahatlığını bildirir.

“E.Qəhrəman bu gün (avqustun 18-i) onun həbs qərarından verilən apellyasiya şikayətinə baxılan məhkəməyə də gətirilməyib. Onun adından məhkəməyə yazılan məktubda həbsinə etiraz etmədiyi və məhkəmə prosesində iştirak etmək istəmədiyi bildirilir. Artıq 6 gündür heç kimlə, xüsusilə vəkillə görüşməyə imkan verilmir”, bəyanatda bildirilir.

Hərəkat qeyd edir ki, bütün bunlar Elgiz Qəhrəmanın işgəncələrə məruz qalması barədə şübhələr doğurur və həyatı ilə bağlı ciddi narahatlığa əsaslar verir.

“Bildiririk ki, Elgiz Qəhrəmanın həyatı və sağlamlığı ilə bağlı məsuliyyəti birbaşa ölkə rəhbərliyi daşıyır”, deyə bəyanatda vurğulanır.

Əlaqəli hüquq mühafizə qurumlarından hərəkatın bəyanatı ilə bağlı, hər hansı şərh almaq mümkün olmayıb.

***Buna da baxın: ABŞ-ın BMT-dəki səfirindən Azərbaycana çağırış

Elgiz Qəhrəman avqustun 12-də saxlanmışdı. Avqustun 15-də bəlli olmuşdu ki, Nərimanov Rayon Məhkəməsi iki gün öncə (avqustun 13-də) NİDA-çı gənc barəsində 4 aylıq həbs qərarı verib.

Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada ittiham olunur.

Bakı Apellyasiya Məhkəməsi avqustun 18-də onun həbsindən verilən şikayəti rədd edib.

XS
SM
MD
LG