Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 21:56

Əliyev ABŞ Dövlət Departamentinin müşavirini qəbul edib


merika Birləşmiş Ştatları Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker
merika Birləşmiş Ştatları Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker

Görüşdə son günlər Ermənistanla sərhəddə yaranan vəziyyət müzakirə edilib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə son günlər Ermənistanla sərhəddə yaranan vəziyyət müzakirə edilib.

Açıqlamaya görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan təxribatlara cavab tədbirləri həyata keçirib və baş vermiş təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Bildirildiyinə görə, söhbət zamanı regionda sülhün, sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri sentyabrın 13-də Azərbaycana gəlib.

Səfər iki gün davam etməlidir. O bu səfər çərçivəsində bundan əvvəl Gürcüstan və Ermənistanda olub.

Filip Rikeri bu vəzifəyə bu yaxınlarda təyin edilib.

Minsk qrupu

Dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilirdi ki, səfir Riker ATƏT-in Minsk qrupunun həmsədri və bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində (Gürcüstanda 2008-ci il müharibəsinin nəticələrinin aradan qaldırmaq üçün aparılan beynəlxalq danışıqlar - red) ABŞ nümayəndə heyətinin əsas təmsilçisi kimi xidmət göstərəcək.

Lakin bu təyinat Azərbaycanda o qədər də xoş qarşılanmamışdı.

Azərbaycan Xarici İşlər Nazirliyi səfir Filip Rikerin Birləşmiş Ştatların Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi təyin edilməsinə belə münasibət bildirmişdi.

"Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub. Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun "reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər", - XİN Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva vurğulamışdı.

Buna cavab olaraq ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel isə bunları demişdi:

"Biz iki ölkə arasında hərtərəfli sülh nizamlanmasına nail olmaq üçün ikitərəfli, çoxtərəfli əsasda və həmfikir tərəfdaşlarla Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun asanlaşdırılmasına sadiqik".

Paşinyan: 'Azı 49 nəfər itki var və bu, son rəqəm deyil'
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Xatırlatma

ATƏT-in Minsk qrupu (ABŞ,Rusiya və Fransa qurumda həmsədrdirlər) 30 ilə yaxın sülh danışıqlarına vasitəçilik edib.

Ancaq 2020-ci ildə baş verən 44 günlük müharibə bitəndən sonra prezident İlham Əliyev bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin bitdiyini bildirmişdi.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma atəşkəsin pozulması ilə bağlı, hələ də qarşılıqlı ittihamlar səslənir. Dünən, sentyabrın 12-dən 13-nə keçən gecə isə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilərin olduğu bildirilir.

Bugün, sentyabrın 13-də səhər saatlarında tərəflər arasında yenidən atəşkəs razılşması əldə edilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG