Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:16

Saatlıda cəbhəçi həbs edilib


İllüstrativ foto
İllüstrativ foto

Sentyabrın 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elməddin Əhmədovun 20  gün inzibati qaydada həbs olunduğu bildirilir

Sentyabrın 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elməddin Əhmədovun 20 gün inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə Azadlıq Rdiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, Əhmədov iki gün əvvəl, sentyabrın 28-də su tələbilə Saatlı rayonunun Nabatakənd, Çolpu və Orta Muğan kəndlərinin sakinlərinin aksiya keçirməsindən sonra saxlanıb:

"Aksiya günü Orta Muğan kənd sakini, AXCP Saatlı şöbəsinin üzvü Asim Ağayev saxlanaraq sentyabrın 29-da inzibati qaydada 10 sutka müddətinə həbs olundu. Sentyabrın 30-da isə həmin kəndin başqa sakini, AXCP üzvü Elməddin Əhmədovu saat 10 radələrində Orta Muğan kəndinin ərazi icra nümayəndəsinin inzibati binasına çağırıblar. Binada gözləyən polis əməkdaşları Elməddin bəyi həbs edərək polis şöbəsinə aparıblar".

AXCP-dən daha sonra deyiblər:

"Daha sonra məlum olub ki, onu Saatlı Rayon Məhkəməsinə apararaq İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə həbs ediblər".

Partiyadan vurğulayıblar ki, hər iki fəalın həbsi siyasi xarakterlidir.

Daha əvvəl yerli sakinlər bildirmişdilər ki, sentyabrın 28-də rayonda keçirilən aksiyanın iştirakçıları suvarma sularının olmadığına etiraz ediblər.

Onların sözlərinə görə, rayon polisinin əməkdaşları aksiyanın qarşısını alıb və bu zaman sakinlərdən biri xəsarət alıb.

Onda həmin məlumatlara Saatlı Ryon Polis Şöbəsindən münasibət almaq mümkün olmamışdı. Rayon İcra hakimiyyətindən isə həm aksiyanın, həm də orada saxlananın olduğunu inkar etmişdilər.

Sentyabrın 30-da başqa bir cəbhəçi - Elməddin Əhmədovun həbsi ilə bağlı deyilənləri də, hələlik, yerli rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

DİN-dən bildirilənlər…

Amma sentyabrın 30-da Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Turan” agentliyinə bildirilib ki, qeyd edilən kənd sakinlərinə polis müdaxiləsi və vətəndaşın xəsarət alması ilə bağlı iddialar həqiqəti əks etdirmir:

"Polis ərazidə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması üçün qanunla müəyyən olunan vəzifələri yerinə yetirib. Vətəndaşların şikayətlərini dinləmək üçün rayon icra hakimiyyətinin başçısı, rayon hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri əraziyə gəliblər. Rəhbər şəxslər tərəfindən kənd sakinlərinin qayğıları və onları narahat edən hallar dinlənilib, problemin həlli istiqamətində görülən işlərlə bağlı sakinlər məlumatlandırılıb".

“… Heç bir siyasi motiv yoxdur"

Qurumun rəsmisi Elməddin Əhmədovun saxlanılmasını isə təsdiqləyib: Amma Elşad Hacıyevin vurğulamasına görə, onun saxlanılmasının deyilənlərlə əlaqəsi yoxdur:

“Elməddin Əhmədov törətdiyi əmələ görə saxlanılıb. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Həbsində heç bir siyasi motiv yoxdur".

XS
SM
MD
LG