Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:28

Erdoğan yenə də Makron və Qarabağdan danışıb


Recep Tayyip Erdoğan (solda) və Emmanuel Makron (Arxiv fotosu)
Recep Tayyip Erdoğan (solda) və Emmanuel Makron (Arxiv fotosu)

Türkiyə prezidenti Recep Tayyip Erdoğan dekabrın 4-də deyib ki, o Fransanın tezliklə Emmanuel Makrondan xilas olacağına ümid edir.

AFP agentliyi yazır ki, Türkiyə və Fransa hazırda bir sıra beynəlxalq məsələlərə görə qarşıdurmadadır.

Bunlar ilk növbədə Türkiyənin Aralıq dənizində Yunanıstan və Kiprlə qarşıdurması, habelə Dağlıq Qarabağ münaqişəsində Fransanın tutduğu mövqedir.

AFP yazır ki, iki ölkə arasında münasibətləri habelə Parisin son dövrlərdə radikal İslama qarşı mövqeyini sərtləşdirməsi gərginləşdirib.

Erdoğan İstanbulda cümə namazından sonra müxbirlərə deyib:

"Makron Fransa üçün fəlakətdir. Fransa hazırda çox, lap çox təhlükəli dövrdən keçir. Mən ümid edirəm ki, Fransa Makron fəlakətindən mümkün qədər tez xilas olacaq”.

Erdoğan deyib ki, “Fransa öz liderindən xilas ola bilməsə, sari jiletlərdən də xilas ola bilməyəcək”.

Türkiyə prezidenti deyib ki, belə getsə, “sari jiletlər qırmızı jiletlərə çevrilə bilər”.

AFP vurğulayır ki, Erdoğanın Makronu tənqid etməsi Avropa İttifaqının Türkiyəyə qarşı sanksiyalar üzərində götür-qoy etdiyi bir vaxta təsadüf edir.

Makron tonunu yumşaldır

Avropa İttifaqı Türkiyəyə qarşı mümkün sanksiyaları dekabrın 10-da keçiriləcək sammitində müzakirə edəcək.

Bu da qeyd olunur ki, Paris və Afinanın istəyinə baxmayaraq, Avropa İttifaqının digər üzvləri, ilk növbədə Berlin Ankara ilə münasibətlərdə diplomatik yanaşmaya üstünlük verir.

AFP yazır ki, dekabrın 4-də televiziya ilə yayınlanan çıxışında Makron Erdoğanla daha bir “qarşılıqlı təhqir dövrəsinə” girmək istəmədiyini deyib:

"Məncə ortalıqda hörmət olmalıdır… Düşünürəm ki, liderlər arasında söyüşmə heç də yaxşı metod deyil”.

Dağlıq Qarabağ mübahisəsi

AFP yazır ki, Türkiyə və Fransa arasında münasibətlər həm də Dağlıq Qarabağ münaqişəsinə görə gərginləşib.

Makron Türkiyəni Dağlıq Qarabağ münaqişəsinə Suriya yaraqlılarını göndərməkdə ittiham edib.

Fransa Senatı ə Milli Assambleyası hökumətə separatçı Dağlıq Qarabağın tanınmasını tövsiyə edən qətnamələr qəbul edib.

Erdoğan bununla bağlı deyib:

“Siz vasitəçisiniz, amma həm də tərəf tutursunuz. Vasitəçi olduğunuz bölgə barədə parlamentinizdən qətnamə keçirirsiniz”.

Fransa ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun həmsədrləridir.

AFP yazır ki, Erdoğan Azərbaycan prezidenti İlham Əlievin şərhini dəstəkləyərək ən böyük erməni diasporası yaşayan Marseli Ermənistana verməyi təklif edib.

Ötən sentyabrda Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasındakı qarşıdurma barədə fikir söyləyən Makron demişdi ki, “böyük Türkiyə xalqı daha yaxşı liderə layiqdir”.

Makron oktyabr ayında Əl-Cəzirə telekanalına bildirmişdi ki, “Paris gərginliyin yatmasını istəyir, amma bunun üçün Türkiyə prezidentinin Fransaya, Avropa İttifaqına və onun dəyərlərinə hörmət etməsi, yalan danışmaması və təhqirlərə əl atmaması zəruridir”.

XS
SM
MD
LG