Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:14

Ərdoğan müsəlmanları birləşməyə çağırır


Tayyip Erdogan (sağda) Səudiyyə kralı Salmana medal verir (Arxiv)
Tayyip Erdogan (sağda) Səudiyyə kralı Salmana medal verir (Arxiv)

►"Müsəlman antiterror qurumu yaradılsın!"

İslam ölkələri terrorla mübarizə qurumu yaratmaq barədə razılığa gəliblər.

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən13-cü sammitində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan ölkə rəhbərlərini miqrasiya böhranının səbəblərini araşdırmağa çağırıb. O vurğulayıb ki, terrorizm İslam dünyasının üz-üzə qaldığı ən böyük problemdir.

İƏT-nın budəfəki görüşündə müzakirə olunan əsas mövzular terrorla mübarizə və qaçqın böhranının həlli olub.

Türkiyə prezidenti terrorizmə qarşı effektiv mübarizə aparmaq üçün müsəlman dövlətlərinin liderlərini aralarındakı fərqlərə üstün gəlməyə və problemə təhlükəsizlik və maliyyə nöqteyi-nəzərindən yanaşmağa çağırıb. O, liderləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi terrorizmə qarşı İslam alyansı təşəbbüsünü dəstəkləməyə və onu "effektiv bir quruma" çevirməyə çağırıb.

"Başqa qüvvələrin İslam ölkələrində baş verən terror hadisələrinə və digər böhranlara müdaxiləsini gözləməkdənsə biz özümüz İslam birliyi vasitəsilə çıxış yolu tapmalıyıq," deyə o vurğulayıb.

Erdoğan elan edib ki, Türkiyənin Mərkəzi İstanbulda olan polis əməkdaşlıq və koordinasiya mərkəzi yaratmaq layihəsi 57 üzvü olan İslam bloku tərəfindən qəbul edilib.

___________________________________________________________

Bunlara da bax:
Avropa Oyunlarındakı avtobus qəzası üzrə məhkəmə başlandı
Qaz idarəsinin işçiləri niyə döyülür?

___________________________________________________________

Türkiyə prezidenti həmçinin vurğulayıb ki, terror qurbanlarının əksəriyyəti müsəlmandır. O, Avropaya çatmaq ümidilə dənizdə həyatını itirən insanların da əksəriyyərinin müsəlman olması faktını "utanc mənbəyi" adlandırıb.

Erdoğan qeyd edib ki, Türkiyə Yunanıstana keçmək istəyən 100000 qaçqını Egey dənizində batmaqdan xilas edib. O xatırladıb ki, Türkiyə həmçinin 2,7 milyon Suriya qaçqınına sığınacaq verib və bu yaxınlarda qeyri-qanuni miqrasiya probleminin həllinə kömək etmək üçün AB ilə razılaşmaya gedib.

Türkiyə bu bir il ərzində silsilə bomba partlayışları ilə üzləşib. Tədbirlə bağlı İstanbulda güclü təhlükəsizlik tədbirləri görülüb və tədbirin keçirildiyi ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.

Suriya və Yəmən münaqişələri səbəbindən bir-biri ilə narazılıq yaşayan Səudiyyə kralı Salman və İran Prezidenti Rouhani də sammit iştirakçıları arasındadırlar.

Misir prezidenti Abdel Fattah al-Sisi görüşdə iştirak etməyib. Belə ki, Misir hərbçilərinin prezident seçilmiş islamçı Mohammed Morsini hakimiyyətdən uzaqlaşdırmasından sonra Türkiyə ilə Misir arasında münasibətlər pisləşib.

Suriya münaqişəsi də sammitin gündəliyində olub.

Misirin Xarici işlər naziri Sameh Shukri "tezliklə Suriya xalqının gözləntilərini doğruldacaq" və "terrorizmə qarşı durmağa" imkan verəcək siyasi həll yolunun tapılacağına ümid ifadə edib.

Buna da bax: Ankara partlayışından görüntülər

Ankara partlayışından görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

12 yaşlı məktəblinin Putinə çətin sualı
Azərbaycanı Kuba, Venesuela kimi sərt tənqid edirlər

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"ABŞ Azərbaycana iki yol təklif edir"
Putin Qarabağdakı qanlı toqquşmadan danışdı

XS
SM
MD
LG