Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:58

Ərdoğanın Putinə sərf edən 'rəqsi'


Turkiyə - Türkiyə prezidenti Recep Tayyip Erdogan (solda) və Rusiya prezidenti Vladimir Putin, Antalya, 2015
Turkiyə - Türkiyə prezidenti Recep Tayyip Erdogan (solda) və Rusiya prezidenti Vladimir Putin, Antalya, 2015

►Birdən Ərdoğan sərhədləri açsa, onda Avropa neyləyəcək?..

Türkiyə Türk axını layihəsinin reallaşması üçün dərhal bütün lazımı addımların atılmasına hazırdır.

Türkiyə ilə Rusiya yaxın keçmişdəki konfliktin həllinə doğru gedir.

Ərdoğan avqustun 9-da Peterburq səfəri öncəsi Rusiyann TASS xəbər agentliyinə müsahibəsində -"Bu, tarixi səfər, yeni başlanğıc olacaq" deyib.

Bir neçə həftədir göstərilən peşmançılıq siqnallarından sonra Kreml əmindir ki, Ərdoğan olanları unutmaq və bu iki Qara dəniz qonşuları arasındakı sağlam iqtisadi əlaqələri bərpa eləmək istəyir.

"Bu onu göstərir ki, Türk partnyorlarımız bizim ölkə ilə çoxşaxəli əməkdaşlığın yenilənməsində həqiqətən də istəklidirlər" - Putin-in xarici siyasət məsləhətçisi Yuri Uşakov deyib. "Onun dostyana dili Rusiyanın da münasibətləri düzəltməyə can atdığını göstərir" deyə Azadlıq Radiosunun əməkdaşı Mike Eckel şərhində bildirir.

Buna da bax: Rusiya Türkiyə ilə Qərbin arasını vura bilərmi?

İqtisadi baxış

Məsələnin iqtisadi tərəfinə gəlincə, gərgin münasibətlərdən iqtisadi baxımdan əsas etibarilə Türkiyə zərər gördü. Rusiya digər cavab tədbirləri ilə bərabər öz vətəndaşlarının Türkiyəyə turistik səfərinin də qarşısını aldı.

Ruslar Türkiyə turizmində almanlardan sonra ikinci ən böyük qrupdur və Avropa Yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, ruslar Türkiyədə 2014-cü ildə 3 milyard dollar pul xərcləyiblər. Bu Türkiyə ümumi daxili məhsulunun 0,4 faizidir.

Rusiya həmçinin bəzi Türkiyə ərzaqları və istehlak mallarına, Türk yük maşınlarının Rusiya ərazisindən keçməsinə qadağa qoymuşdu. Avropa Yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, digər cəza tədbirləri ilə birgə bunlar Türkiyənin 2016-ci il iqtisadiyyatında 0,3-0,7 faiz arası azalma yaradır.

Bank deyir ki, Türkiyədən fərqli olaraq, Rusiya soyuq münasibətlərdən elə bir iqtisadi zərər görmür.

Siyasi Baxış

Çoxlarını Ərdoğan-Putin görüşünün hansı geopolitik nəticələr verəcəyi daha çox maraqlandırır.

Putin və Ərdoğan bir-birinin maraqlarınınn xeyrinə çalışacaqlarına ümid edirlər.

Vaşinqton İnstitutunun yaxın şərq siyasəti üzrə elmi işçisi Anna Borshchevskaya deyir ki: “Bu kiminsə üstünlüyü deyil, onlar həqiqətən tandemdə işləyirlər. Hərbi çevriliş Ərdoğana gücü konsolidasiya eləməyə kömək edir, və o Putinlə yaxınlaşmaqla Qərbi şantaj edir. Bu, ümumilikdə Putinin xeyrinədir”.

Yeni münasibətlərdə Ərdoğan və Putin Suriya məsələsində də yaxınlaşmaqdadır. Əvvəllər Ədroğan Suriya prezidenti Bəşər Əl Əsədlə düşmənçilik edir, Putin isə ciddi cəhdlə Əsədi müdafiə edir və onu devrilməkdən qoruyurdu.

Ankaranın Əsədə müxalifliyi və Türkiyənin NATO üzvlüyü Türkiyənin Suriya məsələsində iştirakını şərtləndirirdi.

Avqustun 8-də TASS-a müsahibəsində isə "Rusiyanın iştirakı olmadan Suriya probleminin həlli mümkünsüzdür", - deyib Ərdoğan.

Bundan əlavə Rusiya uğursuz hərbi çevriliş cəhdini Amerikaya qarşı istifadə etməyə çalışır.

Rusiya xarici işlər naziri Lavrov Ərdoğanı dəstəkləyib və çevriliş cəhdini "Avromaydan" hərəkatına bənzədib.

Ərdoğan hökümətinin bəzi üzvləri çeviliş vaxtı parlamentə hücüm edən F-16 qırıcı təyyarələrinin İncirlik hərbi bazasından yanacaqla təmin olunması faktına istinad edərək çevrilişdə Amerikanın əlinin olmasına eyham vururlar.

Amerika Mərkəzi Komandanlığının rəhbəri isə ordudakı kütləvi təmizləməni Türkiyənin Suriyadakı rolunu zəiflədəcəyini vurğulayıb.

Erdoğan başa düşür ki, Qərb ondan asılı vəziyyətdədir və buna görə Türkiyənin üstünə gedə bilməz. Amerika NATO bazalarının Türkiyədə olmasını və Türkiyənin NATO üzvlüyünə ehtiyac duyur. Avropa isə qaçqın axınının qarşısında durduğu üçün Ədroğana ehtiyac duyur. Birdən Ərdoğan sərhədləri açsa, onda Avropa neyləyəcək?

XS
SM
MD
LG