Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:34

Erdoğan İsrail qazını Avropaya gətirmək istəyir


Türkiyə prezidenti fevralın 4-də bildirib ki, bu məsələ iki ölkə arasında gələn ay keçiriləcək danışıqlarda müzakirə olunacaq

Türkiyə və İsrail, İsrail təbii qazının Avropaya nəqli üçün birlikdə işləyə bilərlər.

Bu bəyanatı verən Türkiyə prezidenti Recep Tayyip Erdoğan fevralın 4-də bildirib ki, bu məsələ iki ölkə arasında gələn ay keçiriləcək danışıqlarda müzakirə olunacaq.

Reuters agentliyi yazır ki, bu iki ölkə biri digərinin diplomatlarını 2018-ci ildə qovublar.

Türkiyə Qərb sahilinin İsrail tərəfindən işğalını pislədikdən sonra, habelə Ankaranın Fələstin siyasətinə görə iki ölkə arasında münasibətlər gərgin olaraq qalır.

İsrail Türkiyəni Qəzza zolağına nəzarət edən Həməsi dəstəkləməməyə çağırıb.

Dəyişən siyasət

Lakin Türkiyə 2020-ci ildən başlayaraq regional bağlarını möhkəmlətməyə çalışır.

Erdoğan fevralın 3-də deyib ki, İsrail prezidenti İshak Herzoq martın ortalarında Türkiyəyə səfər edəcək.

Ukraynadan qayıdarkən təyyarədə keçirdiyi mətbuat konfransında Erdoğan jurnalistlərə deyib:

"Biz İsrailin təbii qazından həm öz ölkəmizdə istifadıə edə bilər, həm də qazın Avropaya ötürülməsi istiqamətində səylər göstərə bilərik. İnşaallah bu məsələlər cənab Herzoqun Türkiyəyə səfəri zamanı bizim gündəliyimizdə olacaq”.

Yerevandan İstanbula uçan erməni sərnişinlər danışdı
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

İraq kürdlərinin vasitəçiliyi

Reuters bunu da qeyd edir ki, İsraildə prezidentlik institutu daha çox mərasim səciyyəsi daşıyır, amma Erdoğan ötən ilin noyabrında baş nazir Naftali Bennetlə də telefonla danışıb. Bu, son illərdə iki ölkənin liderləri arasında ilk telefon danışığı idi.

Reuters xəbər verir ki, Erdoğan habelə fevralın 2-də İraqdakı yarımmüstəqil kürd muxtariyyətinin rəhbəri Naçirvan Bərzani ilə də görüşüb.

Danışıqların gündəliyi barədə suala cavab verən Erdoğan bildirib ki, Türkiyə İraqla təbii qaz təchizatı müqaviləsi imzalamağa çalışır və bu istiqamətdə danışıqlar aparır:

"Biz hazırda İraq məsələsini gündəliyimizə daxil etmişik. Biz indi bu barədə düşünürük. İraqdan Türkiyəyə qaz nəqli təşkil oluna bilər”.

Erdoğanın sözlərinə görə Bərzani bu danışıqları təşkil edəcəyini vəd edib.

XS
SM
MD
LG