Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:36

Ərdoğan səhhəti ilə bağlı seçki mitinqlərini ləğv edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səhhətinə görə aprelin 26 və 27-ə təyin edilmiş seçki kampaniyası mitinqlərini ləğv edib.

Türkiyədə növbəti prezident və parlament seçkiləri mayın 14-də keçirilməlidir.

O aprelin 26-da özünün Twitter hesabından yazıb ki, “Mən həkimlərin məsləhəti ilə bugün evdə dincələcəyəm”.

Bundan sonra hakim AKP-nin sədr müavini Erkan Kandemir deyib ki, Ərdoğan aprelin 27-də Mersin vilayətindəki Akkuyu Atom Elektrik Stansiyasının açılışı mərasimində videobağlantı ilə iştirak edəcək.

O Twitter-də yazıb ki, Mersində keçirilməsi planlaşdırılan seçki mitinqi də başqa vaxta təxirə salınıb.

Aprelin 25-də gecə Ərdoğan canlı televiziya müsahibəsini qarın nahiyəsindəki kəskin ağrılara görə yarımçıq dayandırmışdı.

Reuters agentliyinin xəbərində xatırladılır ki, 14 may seçkisinin Türkiyə tarixinin ən həlledici seçkilərindən biri olacağı gözlənilir.

Son rəy sorğuları müxalifət lideri Kemal Kılıcdaroğlunun Erdoğandan azca irəlidə olduğunu göstərib.

XS
SM
MD
LG