Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:14

Ermənistanın Avropa Birliyi ölkələrinə vizasız gediş-gəlişi müzakirə oluna bilər, əgər...


Avropa Parlamenti Ermənistana Avropa Birliyi ilə əlaqələri dərinləşdirməyə yaşıl işıq yandıracaq razılıq verib. Baş nazir Nikol Pashinyan hökumətini islahatlara çağırıb.

Avropa parlamentinin iyulun 4-də keçirilən plenar iclasında deputatlar Avropa İttifaqıErmənistan, eləcə də Cənubi Qafqazda əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı sazişi böyük səs çoxluğu ilə qəbul edib.

Macarıstandan olan məruzəçi Laszlo Tokes deyib ki, bu səsmənin nəticələri Ermənistan əhalisinə güclü dəstək mesajıdır. O əlavə ediv ki, Avropa Birliyi yeni hökumətə islahatlar aparmaqda dəstək verməyə hazırdır:

"Biz Ermənistanı ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları İnstitunun, eləcə də Vensiya Komissiyasnın tövsiyyələrinə əsaslanan "korrupsiya və seçki islahatları"nıdavam etdirməyə çağırırıq".

VİZASIZ GEDİŞ-GƏLİŞ

Avropalı deputatlar Ermənistanı azad seçkilərin keçirilməsi, müstəqil məhkəmə sisteminin yaradılması, korrupsiya ilə mübarizə, çirkli pulların yuyulması, müstəqil media və digər sahələrdə islahatlar aparmağa çağırıb.

Bu islahatlar aparılarsa, Ermənistanın Avropa birliyi ölkələrinin vizasız gediş-geliş məsələsini danışıqları başlana bilər.

Avropalı deputatlar Ermənistanın Rusiyanın rəhbərlik etdiyi "Avrasiya İqtisadi İttifaqı"na üzv olduğunda görə tarif maneələrini aradan qaldıra bilmədiklərini bildiriblər.

Avropa Parlamentinin üzvləri ermənistan xalqını sülh yolu ilə hakimiyyət dəyişikliyinə görə alqışlayıblar. Bu ilin martında baş nazir seçiləcən Pashinyanı isə təbrib ediblər.

XS
SM
MD
LG