Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:46

Ermənistan altı bəndlik təklifini açıqladı


 “Parlaq Ermənistan” fraksiyasının üzvü Edmon Marukyan
“Parlaq Ermənistan” fraksiyasının üzvü Edmon Marukyan

Ermənisatan tərəfi Azərbaycanla sülh danışıqlarının başlaması ilə bağlı öz təkliflərini açıqlayıb və bununla Azərbaycan tərəfinin təqdim etdiyi 5 bəndlik təkliflərə cavab verib.

AzadlıqRadiosu erməni xidmətiyazır ki, bu 6 bəndlik təklifləri xüsusi tapşırıqlar üzrə elçi Edmon Marukyan mayın 13-də ictimai televiziyanın efirində açıqlayıb.

-Birinci bənddə qeyd olunur ki, Yerevan martın 11-də sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən təkliflər alıb və ona cavab verir.

-Marukyanın sözlərinə görə, 2-ci bənddə deyilir ki, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur. Həmin bənddə qeyd edilir ki, Ermənistan 1991-ci il dekabrın 8-də Azərbaycanla birlikdə Müstəqil Dövlətlər Birliyi (MDB)-nin yaradılması ilə bağlı sazişə imza atmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyıb. Marukyan deyib ki, Ermənistan bu sazişi 1992-ci il fevralın 18-də ratifikasiya edib və beləliklə imzalanan andan bu struktura qoşulmaqla tərəflər bir-birinin ərazi bütövlüyü və sərhədlərini tanılyıblar.

-3-cü bənddə isə deyilir ki, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, habelə “Dağlıq Qarabağın” yekun statusunun müəyyən edilməsi Ermənistan tərəfi üçün prinsipial məsələdir.

-Marukyan bildirib ki, 4-cü bənddə Erməni tərəfi Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatlarında (hərbi əsirlərin qaytarılması və regionda kommunikasiyaların açılması) göstərilən öhtəliklərin yerinə yetirilməsini vacib sayır.

-Sənədin 5-ci bəndində isə Ermənistan tərəfinin BMT-nin Nizamnaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirir.

Marukyanın sözlərinə görə, bunlar əvvəllər mövcud olan əsas prinsiplərdir. Yəni, burada xalqların öz müqəddəratını təyin etmək hüququ və digər mühüm hüquq və azadlıqlar yer alır.

-Sənədin sonuncu--cı bəndində isə Ermənistan tərəfinin danışıqların təşkil edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etdiyi bildirilir.

Azərbaycan Ermənistana 5 təklif verib

Xatırladaq ki, rəsmi Bakı hələ bu ilin fevralında Ermənistana sülh müqaviləsinin 5 baza prinsipi ilə bağlı sənəd təqdim edib. Bu prinsiplərdə dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, sərhədlərin müəyyən edilməsi və nəqliyyat-kommunkasiya əlaqələrinin bərpası nəzərdə tutulur.

Ermənistan isə aprelin 6-da Brüssel görüşündə Azərbaycana 6 bəndlik paket təqdim eləmişdi.

Müxalifəti nazarızıdı

Amma Azadlıq Radiosunun erməni xidməti yazır ki, rəsmi Yerevanın Qarabağn statusu ilə bağlı bəyanatı Ermənistan müxalifətini qane eləmir.

Parlamentin sədr müavini və müxalifətdə olan “Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyan deyir ki, hakimiyyət Qarabağdakı erməni icmasının yaşadığı ərazini Azərbaycanın tərkib hissəsi sayır.

Mənbə bildirir ki, müxalifətdə olan “Respublika” partiyasının sədr müavini Armen Aşotyan da eyni mövqedədir.

“Qarabağdakı erməni icmasının öz müqəddəratını təyinetmə hüququ prinsipi, onların hüquq və azadlıqlarının müdafiəsi məsələsi yoxdur və kontekstdən aydındır ki, bu Azərbaycandır. Bundan başqa onlar status adı altında Qarabağdakı erməni icmasını mədəni və ya hansısa bir müxtariyyət formasında Azərbaycanın tərkibində gizlədirlər” deyə Aşotyan bildirib.

Azərbaycan hakimiyəti hələ ki, Marukyanın bu son açıqlamasına rəsmi münasibət bildirməyib.

Amma qeyd edək ki, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, yekun danışıqlar və ya sülh müqaviləsində Qarabağın yekun satatusundan söhbət də gedə bilməz.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il isə tərəflər arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlı daha iki bəyanat imzalanmışdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG