Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:50

Ermənistan parlamentində növbəti qalmaqal


Ermənistan parlamentində qalmqal, 11 avqust, 2021
Ermənistan parlamentində qalmqal, 11 avqust, 2021

Parlamentin sədri Alen Simonyan mikrafonun söndürülməsini və deputat Mkrtçyanın zaldan çıxarılmasını göstəriş verib. Bundan sonra qalmaqal daha da böyüyüb.

Avqustun 11-də Ermənistan parlamentində növbəti qalmaqal yaranıb.

Parlamentin bugünkü iclasında xarici əlaqələr və digər daimi komissiyaların sədrliyi məsələsi müzakirə olunurmuş.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, qalmaqala səbəb, müxalifətdə olan “Mənim şərəfim var” partiyasından deputat Anna Mkrtçyanın tribunadan baş nazir Nikol Paşinyanı yenidən “təslimçi” adlandırması olub.

“Daimi komissiyaların olub -olmaması və onlara kimlərin rəhbərlik etməsinin əhəmiyyəti yoxdur. Bu hərc-mərclik vəziyyəti davam edəcək, çünki bu vəziyyətin müəllifi Ermənistanı məhv edən təslimçi Nikoldur "deyə Mkrtçyan bildirib.

Parlamentin sədri Alen Simonyansa mikrafonun söndürülməsini və deputat Mkrtçyanın zaldan çıxarılmasını göstəriş verib.

O bu göstərişə tabe olsa da sonradan müxalifətdə olan “Hayastan” fraksiyasının üzvü İşxan Sağatelyan , habelə digər müxalif deputatlar Armen Rustamyan və Aqnes Xamoyan yerdən söz atmağa başlayıblar.

Parlamentin sədri Alen Simonyansa onlara irad tutanda, qalmaqal daha da böyüyüb və təhlükəsizlik xidmətinin əməkdaşları iclas zalına çağrılıb və canlı yayım dayandırılıb.

Mənbə yazır ki, hakim “Vətəndaş müqviləsi” fraksiyası bugünkü müzakirələrdə xarici əlqələr üzrə komissiyasının sədrliyinə Eduard Aqacanyanın namizədliyini irəli sürübmüş.

XS
SM
MD
LG