Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:46

Ermənistan müxalifətinin Qarabağla bağlı ayrıca komissiya yaratmaq təklifi keçmədi


Ermənistan-Müxalitədə olan deputat-parlamentin sədr müavini İşxan Sağatelyan
Ermənistan-Müxalitədə olan deputat-parlamentin sədr müavini İşxan Sağatelyan

Ermənistan parlamenti Qarabağ məsələsi ilə bağlı daimi komissiya yaradılmasını müzakirə edir.

Azadlıq Radiosu Ermənistan xidmətinin avqustun 6-da verdiyi məlumata görə, bunu müxalifətdə olan “Mənim şərəfim var” və “Hayastan” fraksiyaları təklif ediblər.

Təşəbbüs “Mənim şərəfim var” fraksiyasından gəlib və buna “Hayastan” bloku da qoşulub.

Qeyd edək ki, “Mənim şərəfim var” blokuna keçmiş prezident Serzh Sarqsyan, “Hayastan” blokuna isə Ermənistanın birinci prezidenti Robert Koçaryan rəhbərlik edir.

“Mənim Şərəfim var” fraksiyasının lideri Artur Vanetsyan Qarabağ məsələsi və danışıqlar prosesinin qəfil kəskinləşdiyini və belə bir komissiyaya ehtiyac olduğunu bildirib.

Amma baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyası belə bir ayrıca komissiyaya heç bir ehtiyac olmadığını bildirib.

Hakim partiya hesab edir ki, Ermənistanla Qarabağdakı erməni rejimi arasında artıq çoxdandır ki, “parlamentlərarası komissiya” mövcuddur.

Bundan başqa hakim partiya bildirib ki, Qarabağ məsələsi ilə parlamentdəki bütün komissiyalar məşğul olur.

Mənbənin yazdığına görə, əvvəlki parlamentdə 11 daimi komissiya olub. Qanuna görə onların sayı maksimum 12 ola bilər.

Qeyd edək ki, “Hayastan” fraksiyasının “Daşnaksyutun” partiyasından olan üzvü, İşxan Sağatelyan avqustun 6-da keçirilmiş səsvermədə parlament sədrinin 3-cü müavini seçilib.

Bundan əvvəl-avqustun 5-də keçirilmiş iki səvermədə onun namizədliyi keçməmişdi.

XS
SM
MD
LG