Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:44

Ermənistanda ərzaq rekord həddə bahalaşıb


Yerevanda meyvə-tərəvəz bazarı
Yerevanda meyvə-tərəvəz bazarı

Azadlıq Radiosunun erməıni xidməti bundan bir qədər aəvvəl, ölkədə yanacaq və digər xidmət növlərinin də bahalaşması barədə məlumat yaymışdı.

Ermənistanda ərzaq məhsullarının qiyməti rekord həddə qalxıb.

AzadlıqRadiosu erməni xidmətinin avqustun 13-də yerli Statistika Komitəsinə istinadla yaydığı məlumata görə, bu ilin iyulunda ərzaq məhsullarının qiyməti, ötən ilin eyni vaxtı ilə müqayisədə 13,9% bahalaşıb.

Belə ki, otən ay, 2020 -ci ilin iyul ayı ilə müqayisədə çörək 8,6%, ət - 9,7%, yumurta - 51,3%, yağ - 15,9%, şəkər - 39,4%, konservləşdirilmiş süd 10,4% və s məhsulların qiyməti xeyli bahalaşıb.

Yerevan sakinləri AzadlıqRadiosunun erməni xidmətinə qida məhsullarının bahalaşmaqda davam etməsindən narazılıq bildiriblər.

Qeyd edək ki, Azadlıq Radiosunun erməni xidməti bundan bir qədər əvvəl, ölkədə yanacaq və digər xidmət növlərinin də bahalaşması barədə məlumat yaymışdı.

Mənbənin yazdığına görə, Ermənistanda qiymətlərin stabilliyinə Mərkəzi Bank təminat verir.

XS
SM
MD
LG