Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:10

'Sargsian Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb'


Nikol Pashinian. Yerevan. 13Mart, 2017
Nikol Pashinian. Yerevan. 13Mart, 2017

Ermənistanın "Yelk" ("Çıxış yolu") seçki blokunun liderlərindən biri Nikol Pashinian ölkə prezidenti Serzh Sargsian-ın şənbə günü çıxışına münasibət bildirib.

Prezident çıxışı zamanı Nikol Pashinian-ın həyətlərdə və avtomobil qarajlarının damlarında seçki təbliğatı aparmasına eyham vurmuşdu.

Buna da bax:​ Baş nazir: 'Soba yanacağına kerosin qatırlar'

DAMDAN-DAMA HOPPANMAQ

«Biz başa düşməliyik ki, 2 aprel oyun deyil, yanıltmac müsabiqəsi deyil. Biz anlamalıyıq ki, aprelin 2-də damlarda hoppananları seçmirik, xalqımızın mövcud olmaq haqqını müdafiə edənləri seçirik», – deyə Ermənistan prezidenti Serzh Sargsian şənbə günü Dağlıq Qarabağa işgüzar səfəri zamanı bildirib.

Ötən il aprelin əvvəlində Dağlıq Qarabağda 4 günlük əməliyyatlarda hər iki tərəf xeyli itki verib.

Vanadzorda seçiciləri ilə görüşən Pashinian qeyd edib ki, onlar xalqı ümidsizlik girdabından çıxarmaq üçün damdan-dama hoppanmağa da hazırdırlar. «O bizə deyir ki, damlara çıxmağımız xoşuna gəlmir. Ancaq üzr istəyirəm, bu gün Respublikaçılar partiyası elə adamların deputatlığa namizədliyini irəli sürüb ki, 10 il deputat olduqları müddətdə nəinki dama, heç tribunaya da qalxmayıblar. Bu adamların deputatlığa namizədliyini nə üçün irəli sürmüsünüz?» – o deyib.

Buna da bax:​ XİN Serzh Sargsianı pislədi

“ERMƏNİ XALQI ONUN XİDMƏTLƏRİNDƏN İMTİNA ETMƏLİDİR”

Serzh Sargsian bəyan edib ki, hakim Respublikaçılar partiyası seçkilərdə qələbə qazanacağı halda o, hər hansı bir statusda xalqın təhlükəsizliyinin təminatı məsələsində rol oynayacaq. O, həmçinin qeyd edib ki, Azərbaycan, Ermənistan silahlı qüvvələrinin Ali baş komandanının, lazım gələrsə, gözünü belə qırpmadan "Iskander" raketlərindən istifadə edəcəyini bilir.

Pashinian prezidentin bu bəyanatına da münasibət bildirib. O deyib ki, Serzh Sargsian Ermənistanın milli təhlükəsizliyini təhlükə altına alan adamdır.

Buna da bax: Erməni partiya sədri: 'Azərbaycanın Ermənistana ərazi iddiası var' [video]

«”Iskander” nə qədər fövqəlmüasir texnika olsa da, 80-ci illərdən qalma, işə düşməyən tanklarla birlikdə vahid təhlükəsizlik sistemini təşkil edə bilməz. Bu ona bənzəyir ki, kimsə 80-ci illərin “Rekord” televizorunu “Panasonic” məsafədən idarəetmə pultunun köməyilə idarə etməyə çalışsın. Serzh Sargsian Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb və erməni xalqı onun təhlükəsizlik sahəsindəki xidmətlərindən imtina etməlidir», – deyə "Yelk" seçki blokunun lideri Nikol Pashinian bəyan edib.

XS
SM
MD
LG